Changes

6.748 bayt əlavə edildi ,  12:31, 26 mart 2020
Səhifəni 'Kateqoriya:S{{Kino sənətçisi |Adı = Sədayə Mustafayeva |Orijinal adı =Sədayə İsmayıl qızı Mustafayeva |Şəkil = Sədayə Mus...' ilə yarat
[[Kateqoriya:S]]{{Kino sənətçisi
|Adı = Sədayə Mustafayeva
|Orijinal adı =Sədayə İsmayıl qızı Mustafayeva
|Şəkil = Sədayə Mustafayeva.jpg
|Şəkil miqyası = 200
|Şəkil məlumat =
|İlk adı =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi|1926|7|15}}
|Doğum yeri = [[Şəki]], {{AzSSR}}
|Vəfatı = {{vəfat tarixi və yaşı|2004|8|13|1926|7|15}}
|Vəfat yeri = [[Gəncə]], {{AZE}}
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı = [[Məmməd Bürcəliyev]]
|Uşaqları = [[Anar Bürcəliyev]]
|Peşəsi = [[aktrisa]]
|Milliyyəti =
|Vətəndaşlıq =
|Fəaliyyət illəri =
|İstiqamət =
|Mükafatları = {{Azərbaycan SSR xalq artisti|1981}}
|imdb_id = 3081431
|İmzası =
|Sayt =
}}

'''Sədayə İsmayıl qızı Mustafayeva''' — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981).

== Həyatı ==
Sədayə Mustafayeva [[1926]]-cı il [[15 iyul|iyul ayının 15]]-də [[Şəki]] şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini [[Ağdaş]] və [[Göyçay]] teatrlarında davam etdirmişdir. [[1950]]-ci ilin mart ayında [[Gəncə Dövlət Dram Teatrı]]nın direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor [[Məhəmməd Bürcəliyev]]in dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.

Xalq artisti S.Mustafayeva həmçinin [[Azərbaycanfilm]]in istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. [[2004]]-cü il [[13 avqust|avqust ayının 13]]-də [[Gəncə]] şəhərində vəfat etmişdir.

2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.

== Ailəsi ==
*Xalq artisti [[Məmməd Bürcəliyev]]in həyat yoldaşıdır.
*Teatrşünas-tənqidçi [[Anar Bürcəliyev]]in anasıdır.

== Mükafatları ==
*[[1958|Azərbaycan]] SSR Əməkdar artisti -- 1958
*Azərbaycan SSR Xalq artisti — 24.12.1981<ref name="24.12.1981">[http://www.anl.az/down/he_serencamlar.pdf C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli '''Fərmanı'''] — '''anl.az''' saytı</ref>
*Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü-- 2003

== Filmoqrafiya ==
# [[Biri vardı, biri yoxdu... (film, 1967)]] (Qadın - S.Mustafayeva)
# [[Qanun naminə (film, 1968)]] (Xatun - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
# [[Mən ki gözəl deyildim (film, 1968)]] (Gözəl - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
# [[Şərikli çörək (film, 1969)]], (Şamama - S.Mustafayeva, səsləndirir - Ofelya Sənani).
# [[Gün keçdi (film, 1971)]], (Əsmərin anası - S. Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
# [[Qızıl qaz (film, 1972)]], (Şəfiqənin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
# [[Var olun, qızlar... (film, 1972)]], (Rüstəmin anası - S. Mustafayeva).
# [[Firəngiz (film, 1975)]], (Məsmə - S.Mustafayeva).
# [[Ad günü (film, 1977)]](tammetrajlı bədii film)-rol: Əlinin anası
# [[Qayınana (film, 1978)]], (Mülayim - S.Mustafayeva, səsləndirir - Süsən Məçidova).
# [[Gümüşü furqon (film, 1982)]], (Mədinənin anası - S.Mustafayeva).
# [[İlıq dənizdə buz parçası (film, 1983)]], (Təqaüdçünün anası - S.Mustafayeva).
# [[Cin mikrorayonda (film, 1985)]], (ana - S.Mustafayeva).
# [[İşarəni dənizdən gözləyin (film, 1986)]], (Komandanın anası - S.Mustafayeva, səsləndirir - Məhluqə Sadıqova).
# [[Şəhərli biçinçilər (film, 1986)]], (Humay - S.Mustafayeva).
# [[Ölsəm... bağışla (film, 1989)]], (Yusifin anası - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
#[[Ağ atlı oğlan (film, 1995)]](tammetrajlı bədii film)-rol: Mirvari nənə
# [[Həm ziyarət, həm ticarət... (film, 1995)]], (Suğra xala - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
# [[Dağıdılmış körpülər (film, 1996)]](Əsmər - S.Mustafayeva).
#[[Acılar bitməz (film, 2009)]](tammetrajlı bədii film)-rol: Orxanın nənəsi

== İstinadlar ==
{{İstinad siyahısı}}

==Xarici keçidlər==
===Videolar===
*[http://www.youtube.com/playlist?list=PLLz0HY8W73ipDml0s4lEqpV-6WuEwbsei İzlə]

===Digər===
*[http://bizimasr.media-az.com/arxiv_2001/new_sen/324/meden.html Sədayə Mustafayevanın—75]

[[Kateqoriya:Azərbaycan aktrisaları]]

[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Gəncədə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]