Changes

6.042 bayt əlavə edildi ,  16:50, 26 mart 2020
Səhifəni 'Kateqoriya:Ş{{Musiqiçi | Ad = | Şəkil = Şahid Əbdülkərimov.jpg | Şəkil başlığı = | Şəkil ölçüsü = |...' ilə yarat
[[Kateqoriya:Ş]]{{Musiqiçi
| Ad =
| Şəkil = Şahid Əbdülkərimov.jpg
| Şəkil başlığı =
| Şəkil ölçüsü =
| Fəaliyyəti =
| Doğum adı = Şahid Əbdülkərimov
| Ləqəblər =
| Təvəllüdü = [[1938]]
| Doğum yeri = [[Şəki şəhəri|Nuxa (Şəki)]], Azərbaycan SSR, SSRİ
| Vəfatı = [[17 iyun]] [[2003]]
| Ölüm yeri = [[Şəki]], Azərbaycan
| Dəfn yeri = [[Şəki]]
| Mənşə =
| Musiqi aləti =
| Səs tembri =
| Üslub =
| Peşə = Bəstəkar
| Fəaliyyət illəri =
| Albom şirkəti =
| Veb saytı =
| Əhəmiyyətli alətlər =
| IMDB =
}}

'''Şahid Əbdülkərimov''' – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi.

== Həyatı ==
1956-cı ildə Şahid [[Şəki|Nuxa (Şəki) şəhərindəki]] mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti [[Məmmədkəbir Hacıoğlu]]nun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə [[Qulu Əsgərov]] onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid [[Xırdalan]]dakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız [[Şəfiqə Axundova]] ilə sıx əlaqə saxlamışdır.

Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti [[İslam Rzayev]] olub. Bir çox mahnıları mahnıları AzTv-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilmişdi. Sonralar Şahid s. mahnılarını bəstələmişdir. Şahidin mahnılarını ən çox mərhum müğənnimiz [[Nəzakət Məmmədova]] oxumuşdur. Əfsuslar olsun ki uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Respublikamızın xalq artisti [[Abdulla Abdullayev]] qeyd edir ki "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz [[Heydər Əliyev]]in çox sevdiyini onun öz dilindən eşidib. Şahid Əbdülkərimov bəstələdiyi mahnıların sözləri [[Əliağa Kürçaylı]], [[Cabir Novruz]], [[Ramiz Məmmədzadə]], [[Arif Abdullazadə]]yə məxsus olmuşdur.

İlk dəfə Şahidin mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilmişdir. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilmişdi. Şahid o müsabiqədə 1-ci yer tutmuşdu. 1976-cı ildə o, [[Şəki şəhəri]]nə dəvət almış, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilmişdi. Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaratmışdır. 1988-ci ildə [[Abşeron rayonu]]nda və [[Şəki şəhəri]]ndə bəstəkarın 50 illik yubileyi qeyd edilmişdi. 1988-ci ildən Şəki şəhərində yaşayan Şahid Əbdülkərimov, ömrünün son illərində bu şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərmişdi. O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.

Müğənni [[Nadir Qafarzadə]] 2011-ci ildə "[[Azadinform]]"a verdiyi müsahibədə vurğulayırdı ki, ''"...sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub<ref>[http://news.day.az/showbiz/289370.html Nadir Qafarzadə:"Mən çimərlik paltarında da ona şəkil göndərmişəm", Day.az]</ref>."''

== Bəstələdiyi mahnıların adları ==
# Ana torpağım mənim Bakı;
# Azərbaycan;
# Bala gəlin
# Biləydim kaş;
# Dayağım ol;
# [https://www.youtube.com/watch?v=YQv_2tiUzgI Məmmədbağır Bağırzadənin ifasında "Gözəlim"] - sözləri [[Süleyman Rüstəm]]in
# Günüm keçməsin sənsiz;
# Hanı bəs vəfan sənin;
# [https://www.youtube.com/watch?v=VjANFSN_VxM Nəzakət Məmmədovanın ifasında "Heç küsməyin yeridirmi"] - sözləri [[Nəbi Xəzri]]nin
# Heydərbaba
# Xoş gəldin;
# Xurma bağı;
# Qocalmışam demə ana;
# May;
# Naxçıvanım;
# Nişan üzüyü;
# Niyə belə oldu;
# Sağıcı mənim bacım;
# Sarı sim;
# Sevgilimə könül açdım;
# Sevincim;
# Şirin yuxun olaydım;
# Təki sən səslə məni;
# Təzə il;
# Yurdumun qoynunda;
<ref>[http://www.qochaqesgerov.az/audio.php Qoçaq Əsgərovun saytı]</ref>.

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Mənbə ==
*[http://issuu.com/ipekchi/docs/15_mart_qezet.qxd Vaqif Kərimov. Təki sən səslə məni – Şahid Əbdülkərimov, "İpəkçi" qəzeti, 15 mart 2011-ci il, №2 (2276), səh.3 Fləş-PDF]
*[http://4222458176822313338-a-1802744773732722657-s-sites.googlegroups.com/site/ipekchi/pdf-arxiv/2276.pdf?attachauth=ANoY7crJOqeQEmbCVOftxpoH05ljF_Dg0oFm5Oj3xuIgIa1L-lRxrLCtOAk6AQRnMBIaW0H5QcAR_8WahRDm9pepm19EAcKJz4xv0V9lN1wyi9kBwFF9sYpSw6XW1xeLzFF6W0Qo544CpoG_WowFvTEbntgRWVl69fAJdAO237eidqujiWGiju2KTB3ZwvJrK9UvBydDzrgg&attredirects=0&d=1 Vaqif Kərimov. Təki sən səslə məni – Şahid Əbdülkərimov, "İpəkçi" qəzeti, 15 mart 2011-ci il, №2 (2276), səh.3 PDF]
*[http://medeniyyet.az/page/news/14721/Teki-sen-sesle-meni.html Vaqif Kərimov. “Təki sən səslə məni”.]
*[http://www.adalet.az/w155943/details/#.Xnyi8dQzbIU Çingiz Ənvəroğlu. Bədii dil və musiqinin vəhdəti.]

[[Kateqoriya:Azərbaycan bəstəkarları]]
[[Kateqoriya:Azərbaycanlı bəstəkarlar]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]