Changes

5.944 bayt əlavə edildi ,  20:02, 3 iyul 2021
Səhifəni '{{ilkin mənbələr}} {{Dövlət xadimi |orijinal adı = Hacı Əbdülqadir xan |titul = IV Şəki xanı...' ilə yarat
{{ilkin mənbələr}}
{{Dövlət xadimi
|orijinal adı = Hacı Əbdülqadir xan
|titul = [[Şəki xanlığı|IV Şəki xanı]]
|bayraq = Flag of Shaki Khanate.svg
|bayraq2 = Şəkinin gerbi.jpg
|dövr əvvəl = avqust 1780-cı il
|dövr son = dekabr 1783-cü il
|sələfi = [[Məhəmmədhüseyn xan]]
|xələfi = [[Məhəmmədhəsən xan (Şəki xanı)|Məhəmmədhəsən xan]]
|dini = İslam, sünni
|vəfat tarixi = {{Vəfat tarixi|1783|12|21}}
|sülalə = [[Qara Keşiş nəsli]]
|həyat yoldaşı = qubalı Xurşid xanım<ref>Daha sonra [[Fətəli xan (Şəki xanı)|Fətəli xanın]] arvadı olub və [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]]un anasıdır.</ref>
|uşağı = 7 oğlunu [[Məhəmmədhəsən xan]] öldütdürüb. Bala xanım adlı bir qızı isə [[Daniyal sultan]]ın arvadlarından biri olub
|atası = [[Hacı Çələbi xan]]
|vikianbar =
}}

'''Hacı Əbdülqadir xan''' — Şəki xanı.

== Hakimiyyəti ==
1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı [[Şəki xanlığı|Şəki xanı]] [[Məhəmmədhüseyn xan]] tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, [[Qanıx çayı]]nın [[Kür çayı]]na qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və [[Məhəmmədhüseyn xan]]a qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı [[İbrahim xan]] və [[:ru:Картли-Кахетинское царство|Gürcüstan hakimi]] [[II İrakli|Irakli xan]] da onun [[Məhəmmədhüseyn xan]]a qarşı silahlı mübarizəsini dəstəkləyirdilər.

[[Məhəmmədhüseyn xan]] Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir [[Məhəmmədhüseyn xan]]ın doğma əmisi idi.

[[Məhəmmədhüseyn xan]] öz oğlu [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] tutub, [[Məhəmmədhüseyn xan]]ın düşməni olan [[Qarabağ xanlığı|Qarabağ xanı]] [[İbrahim xan]]a yollayır ki onu öldürsün. [[İbrahim xan]] [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir<ref>[[İbrahim xan]] [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]]n köynəyini qana bulayıb Hacı Əbdülqadirə göndərmişdir.</ref>.

1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə [[Nuxa]] şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər,
{{Sitatın əvvəli}}
"''səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz'' (–yəni: mühafizəçi) ''bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil'' (–yəni: bitişik) ''[[Şəkixanovların evi|"Qurğuşunlu otaq"da]] imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu [[Fətəli xan (Şəki xanı)|Fətəli xan]] uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür''."<ref>[http://sites.google.com/site/shekitarixi/29 Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.]</ref>.
{{Sitatın sonu}}
[[Məhəmmədhüseyn xan]] silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, [[Şəki xanlığı]] Hacı Əbdülqadirin əlinə keçir.

Bir-iki il sonra Hacı Əbdülqadir ilə [[Qarabağ xanlığı|Qarabağ xanı]] [[İbrahim xan]]ın münasibətləri körlananda, [[İbrahim xan]] [[Məhəmmədhüseyn xan]]ın ölmüş hesab edilən oğlu [[Məhəmmədhəsən xan|Məmmədhəsən ağa]]nı üzə çıxartdı, hansı ki o vaxta qədər gizlədirdi. [[Məhəmmədhəsən xan|Məmmədhəsən ağa]] özünə qoşun toplayıb, tezliklə [[Şəki xanlığı|Şəkini]] ələ keçirir və özünü xan elan edir. Daha sonra Hacı Əbdülqadir xanı tutub öldürtdürür.

Hacı Əbdülqadir xanın ölüm tarixi [[Şəki (şəhər)|Şəki]]də tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:
{{Sitatın əvvəli}}
"''Hacı (Əbdülqadir) xanın alicah [[Məhəmmədhəsən xan]] [[Məhəmmədhüseyn xan|Hüseyn xan]] oğlunun əlində ölməsi və [[Şəki (şəhər)|Şəkinin]] alınması və burada qəhətlik olması tarixi: 26 məhərrəm 1198-ci il'' ([[21 dekabr]] [[1783]]-cü il)".
<ref>[http://shekinin-sesi.narod.ru/SHTQ5.htm#_Toc315818431 Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda, Bakı, 2005.]</ref>.
{{Sitatın sonu}}

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Hacı Əbdülqadirin xarakterini belə təsvir edir:

{{Sitatın əvvəli}}
''"Deyirlər ki, o, (Hacı Əbülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş"''
<ref>[http://ebooks.preslib.az/pdfbooks/azbooks/gulustirem.pdf A.Bakıxanov, Gülüstani-İrəm, Bakı, 2000, səh.: 78.]</ref>.
{{Sitatın sonu}}

== İstinadlar ==
{{İstinad stili}}
{{İstinad siyahısı}}

[[Kateqoriya:Şəki xanları]]