Yerləşdiyi coğrafi mövqeyinə, tarixi və inzibati əhəmiyyətinə görə Şəki müxtəlif dövrlərdə bir çox avropalı səyyahların xəritəsində və qeydlərində yer alan şəhərlərdən biridir. Şəki ilə bağlı elmi məqalələrin, kitabların və məlumatların hazırlanması zamanı tez-tez belə mənbələrə müraciət olunur. Ancaq elə mənbələr, elə müəlliflər var ki, diqqətdən kənarda qalıblar. Onlardan biri hələ Aleksandr Dümadan da əvvəl Şəkidə olmuş avropalı, öz xatirələrində şəhərimizə yer ayırmış İspan inqilabçı '''Xuan Van Qalendir''' (1788 – 1864). 1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən '''Xuan Van Qalen''' ('''Juan Van Halen''') 18 ay çar ordusunda xidmətdə olmuş (1819 – 1820), Qafqazın çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. Sürgün müddətindəki xatirələrini qələmə alan '''Don Xuanın''' əsərinin orjinal ispan əlyazması “''Don Esteban''” və “''Sandoval''”ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə Nyu-Yorkda ingilis dilində “''J. and J.Harper''” tərəfindən “''Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanında həbsdə olması və 1817 və 1818 ci illərdə qaçıb xilas olması povesti”'' adı ilə nəşr olunmuşdur. Böyük həcmli kitabda Azərbaycanla bağlı çox maraqlı və dəyərli məlumatlar var. Ancaq nədənsə, '''Aleksandr Dümanın''' “''Qafqaz səfəri''”ndən fərqli olaraq '''Don Xuanın''' xatirələrinə çox az müraciət olunub. Şəki şəhəri haqqında olan faktların öyrənilməsi məqsədilə kitabın Şəki ilə bağlı olan hissəsi Azərbaycan dilinə tərcümə etdik. | Yerləşdiyi coğrafi mövqeyinə, tarixi və inzibati əhəmiyyətinə görə Şəki müxtəlif dövrlərdə bir çox avropalı səyyahların xəritəsində və qeydlərində yer alan şəhərlərdən biridir. Şəki ilə bağlı elmi məqalələrin, kitabların və məlumatların hazırlanması zamanı tez-tez belə mənbələrə müraciət olunur. Ancaq elə mənbələr, elə müəlliflər var ki, diqqətdən kənarda qalıblar. Onlardan biri hələ Aleksandr Dümadan da əvvəl Şəkidə olmuş avropalı, öz xatirələrində şəhərimizə yer ayırmış İspan inqilabçı '''Xuan Van Qalendir''' (1788 – 1864). 1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən '''Xuan Van Qalen''' ('''Juan Van Halen''') 18 ay çar ordusunda xidmətdə olmuş (1819 – 1820), Qafqazın çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. Sürgün müddətindəki xatirələrini qələmə alan '''Don Xuanın''' əsərinin orjinal ispan əlyazması “''Don Esteban''” və “''Sandoval''”ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə Nyu-Yorkda ingilis dilində “''J. and J.Harper''” tərəfindən “''Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanında həbsdə olması və 1817 və 1818 ci illərdə qaçıb xilas olması povesti”'' adı ilə nəşr olunmuşdur. Böyük həcmli kitabda Azərbaycanla bağlı çox maraqlı və dəyərli məlumatlar var. Ancaq nədənsə, '''Aleksandr Dümanın''' “''Qafqaz səfəri''”ndən fərqli olaraq '''Don Xuanın''' xatirələrinə çox az müraciət olunub. Şəki şəhəri haqqında olan faktların öyrənilməsi məqsədilə kitabın Şəki ilə bağlı olan hissəsi Azərbaycan dilinə tərcümə etdik. |