Changes

5.307 bayt əlavə edildi ,  23:09, 31 oktyabr 2021
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
{{Alim
|Piktoqram = kimya
|Adı = İsgəndər Bağbanlı
|Tam adı = Bağbanlı İsgəndər Lətif oğlu
|Şəkil = İsgəndər_Bağbanlı.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı = İsgəndər Bağbanlı.
|Doğum tarixi = {{Doğum tarixi|1894|10|18}}
|Doğum yeri = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberiyası, {{Rusİmp}}
|Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1974|2|28|1894|10|18}}
|Vəfat yeri = Bakı, {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Milliyyəti =
|Həyat yoldaşı =
|Uşağı =
|Atası =
|Anası =
|Elm sahəsi = kimya
|Elmi dərəcəsi = kimya elmləri doktoru
|Elmi adı = professor
|İş yeri =
|Alma-mater = <!--Qədim təhsil ocaqları-->
|Təhsili = Alı Pedaqoyi İnstitut, təbiətşünaslıq bölməsi (1924–1929)
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->
|Mühüm layihələri =
|Üzvlüyü =
|Mükafatları = {{"Qafqazın müdafiəsinə görə" medalı|1944}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı|1945}}{{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)|1951}}
|İmzası =
|Sayt =
|Commons =
}}
'''İsgəndər Bağbanlı''' (1894–1974) — tanınmış kimyaçı alım, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun analitik kimya laboratoriyasının rəhbəri. Azərbaycanda analitik kimya məktəbinin yaradıcılarından biri hesab olunur. Elmi kadrların hazırlanmasında xidməti var.

==Haqqında məlumatlar==
18 oktyabr 1894-cü il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.

===Təhsili===
Nuxada ibtidai təhsil alıb.

1920-ci ildən təhsilini Nuxa fəhlə fakültəsində,

1924 – 1929-cu ilərdə isə Bakıda – Alı Pedaqoyi İnstitutunun təbiətşünaslıq bölməsində davam etdirib.

===Əmək fəaliyyəti===
1913 – 1920-ci illərdə Nuxada ipəkəyirici fabrikdə fəhlə,

1929 – 1930-cu illərdə Lənkəran Pedaqofi Texnikumunda müəllim,

1930 – 1934-cü illərdə Bakı dənizçilik texnikumunda, “Qırmızı dəmirçi” fabrik-zavod məktəbində müəllim və eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun analitik kimya kafedrasında laborant,

1934 – 1937-ci illərdə Azərbaycan Geologiya İdarəsində kimyaçı-analitik, Dənizçilik və sənaye texnikumlarında isə müəllim,

1937 – 1940-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin analitik kimya kafedrasında assistent,

1941 – 1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi kimya kafedrasında assistent,

1942-ci ildən Azərbaycan Sənaye İnstitutunun ümumi kimya kafedrasında dosent,

1944 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin analitik kimya və qeyri-üzvi kimya kafedralarında dosent,

1933-cü ildən SSRİ EA Azərbaycan filialının/Azərbaycan SSR EA Kimya İnstitutunda (1959-cu ildən Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu) əvvəlcə laborant, sonra kiçik elmi işçi,

1946 – 1974-cü illərdə isə analitik kimya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.

===Elmi fəaliyyəti===
1942-ci ildə kimya elmləri namizədi dərəcəsi almaq üçün “Natrium sulfid və maqnezium oksid olmaq məqsədilə astraxanitin təbii qazla reduksiyası” mövzusunda dissertasiya müdafiə etmişdir. Namizədlik dissertasiyası elmi rəhbər olmadan yerinə yetirilmiş, tərtib və müdafiə edilmişdir.

1960-cı ildə “Ammonium tetrarodanodiaminxromlatın nadir və əlvan metalların analitik kimyasına tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1961-ci ildə analitik kimya ixtisası üzrə professor elmi adını alıb.

170-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. 3 elmlər doktorunun və 15 elmlər namizədinin elmi rəhbəri olub.

===Təltif və mükafatları===
* [["Qafqazın müdafiəsinə görə" medalı|“Qafqazın müdafiəsinə görə” medalı]](1944);
* [["1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı|“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı]] (1945);
* [["Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)|“Qırmızı Əmək Bayrağı” ordeni]] (1951).

===Vəfatı===
28 fevral 1974-cü il tarixdə – 79 yaşında, Bakıda vəfat edib.

== Ədəbiyyat ==
# {{ŞAZ|1|61-64}}
# {{İM|Bağbanlı İsgəndər Lətif oğlu|171-172}}
# {{AME|3|22|Bağbanlı İsgəndər Lətif oğlu}}

{{Yoxlanılmış məqalə}}