Changes

Səhifəni '{{Mükafat |Adı = "Qarabağ" ordeni |Şəkil = Karabakh order.png |Şəklin eni = 160px |Lentin şəkli = AZ Karabakh order ribbon.png |Ölkə...' ilə yarat
{{Mükafat
|Adı = "Qarabağ" ordeni
|Şəkil = Karabakh order.png
|Şəklin eni = 160px
|Lentin şəkli = AZ Karabakh order ribbon.png
|Ölkə = {{AZE}}
|Tip = orden
|Status = təqdim olunur
|Təsis tarixi = 26 noyabr 2020
|İlk təltif = 9 dekabr 2020
|Sayı = 204 nəfər
|Yüksək mükafat = [["Zəfər" ordeni]]
|Kiçik mükafat = [["İstiqlal" ordeni]]
}}

'''"Qarabağ" ordeni''' — [[Azərbaycan]]ın hərbi ordeni. [[İkinci Qarabağ müharibəsi|Vətən müharibəsi]]ndə qələbə münasibəti ilə təsis edilmişdir.

== Təsis edilməsi ==
2020-ci il noyabrın 20-də [[Azərbaycan Respublikasının Milli Məclisi]]ndə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş<ref name=":1">{{cite news|title="Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında|author=|website=meclis.gov.az|publisher=[[Azərbaycan Respublikasının Milli Məclisi]]|date=20 noyabr 2020|url=https://meclis.gov.az/?/az/law/2546/1|access-date=25 dekabr 2020|language=|archive-url=https://web.archive.org/web/20201120105220/https://meclis.gov.az/?%2Faz%2Flaw%2F2546%2F1|archive-date=20 noyabr 2020|url-status=live}}</ref> və birinci oxunuşda təsdiqlənmişdir.<ref name=":2">{{cite news|title=Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi|author=|website=report.az|date=20 noyabr 2020|url=https://report.az/milli-meclis/milli-meclis-qelebe-munasibetile-orden-ve-medallarin-tesis-olunmasi-layihesini-i-oxunusda-tesdiqledi/|access-date=25 dekabr 2020|language=|archive-url=https://web.archive.org/web/20201120105246/https://report.az/milli-meclis/milli-meclis-qelebe-munasibetile-orden-ve-medallarin-tesis-olunmasi-layihesini-i-oxunusda-tesdiqledi/|archive-date=20 noyabr 2020|url-status=live}}</ref>

Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.<ref name="prez">{{cite web |url=https://president.az/articles/48259|title=Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu
|author = |date=1 dekabr 2020|website=president.az |publisher= |language= |access-date=12 dekabr 2020 |archive-url = |archive-date =
}}</ref> Həmin qanunda deyilir:

{{Sitatın əvvəli}}
Maddə 1. Təltif edilən şəxslər
:Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

Maddə 2. Təltif edən orqan
:Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası
:Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır.
{{Sitatın sonu|ordenin STATUTU<ref name="prez"/>}}

== Təsviri ==
Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.<ref name="prestes">{{cite web |url=https://president.az/articles/48260 |title=Azərbaycan Respublikasının "Qarabağ" ordeninin təsviri|author= |date=1 dekabr 2020|website=president.az |publisher= |language= |access-date=12 dekabr 2020 |archive-url = |archive-date = }}</ref>
{{Sitatın əvvəli}}
Maddə 1. Ordenin ümumi təsviri
:Azərbaycan Respublikasının "Qarabağ" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi
:2.1. Ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ" sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.
:2.2. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur.
:2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi
:Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri
:4.1. Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
:4.2. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.
:4.3. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.
:4.4. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.
{{Sitatın sonu|ordenin TƏSVİRİ<ref name="prestes"/>}}

== Təltif edilənlər ==
{{Əsas|"Qarabağ" ordeni ilə təltif edilənlərin siyahısı}}

== İstinadlar ==
{{İstinadlar|2}}
{{Azərbaycan Respublikasının dövlət təltifləri}}

[[Kateqoriya:Vətən Müharibəsi mükafatları|Qarabağ ordeni]]
[[Kateqoriya:20 noyabrda yarananlar|Qarabağ ordeni]]
[[Kateqoriya:2020-ci ildə yarananlar|Qarabağ ordeni]]
[[Kateqoriya:Azərbaycan ordenləri|Qarabağ ordeni]]