Changes

Səhifəni '<noinclude>{{doc-inline}} '''Bu şablon Şəki Ensiklopediyasında ən çox oxunan on məqalənin generasiyası üçündür;''' ən çox oxunan o...' ilə yarat
<noinclude>{{doc-inline}}
'''Bu şablon Şəki Ensiklopediyasında [[Xidməti:PopularPages|ən çox oxunan]] on məqalənin generasiyası üçündür;''' ən çox oxunan on məqalədən birinin xülasənin [[Ana səhifə|Ana səhifəyə]] avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

'''Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓'''

{{doc-end}}<br></noinclude><includeonly>
{{ #switch: {{{məqalə}}}
|#default =
</includeonly>
<noinclude>
{| style="width:100%; font-size:95%; background:transparent;"
|- valign="top"
| style="width: 50%; padding-right: 1em;" |
</noinclude>

<!-- 1-ci MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1-->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Albert Mustafayev
| şəkil = Albert_Mustafayev3.jpg
| eni = 160px
| şəkilaltı mətn = Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.
| mətn = '''Albert Mustafayev''' (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, [[Azərbaycan SSR əməkdar rəssamı]], Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...
}}

<includeonly>
|2=
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
</noinclude>

<!-- 2-ci MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Tələt Qasımov
| şəkil = Tələt Qasımov.jpg
| eni = 110px
| şəkilaltı mətn = Tələt Qasımov
| mətn =
'''Tələt Qasımov''' (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, [[Azərbaycan SSR əməkdar həkimi]], Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci və sabiq səhiyyə naziri; 1979 – 1992-ci illərdə Azərbaycan SSR-in (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub. 1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. ''Atası:'' '''Əli Qasımov''', [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olmuş, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışmış, Bakıda tibb məktəbinin müdiri olmuş, 1941-ci ildə könüllü olaraq müharibəyə getmiş, 1942-ci ildə itkin düşmüşdür. ''Anası:'' '''Səidə Qasımova''' (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti [[Fuad Əbdürrəhmanov|Fuad Əbdürrəhmanovun]] əmisi qızı, həkim...
}}

<includeonly>
|3 =
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
|- valign="top"
| style="width: 50%; padding-right: 1em;" |
</noinclude>

<!-- 3-cü MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Adil Qeybulla
| şəkil = Adil Qeybulla2.jpg
| eni = 160px
| şəkilaltı mətn = Adil Qeybulla, 2020.
| mətn = '''Adil Qeybulla''' (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru. 120-dən çox çap olunmuş elmi işin, o cümlədən, 5 monoqrafiyanın, 1 dərs vəsaitinin, 1 dərsliyin, 1 elmi-kütləvi kitabın, 10 metodik tövsiyənin müəllifidir, 2 ixtirası var. 1 elmlər namizədi hazırlayıb. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, konqreslərdə, qurultaylarda və konfranslarda məruzə ilə çıxış edib. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, fəsadların və ölüm hallarının proqnozlaşdırılmasının riyazi modelləşdirilməsi) öyrənilməsi...
}}

<includeonly>
|4=
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
</noinclude>

<!-- 4-cü MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Rəşid bəy Əfəndiyev
| şəkil = Rəşid bəy Əfəndiyev, 1937.jpg
| eni = 140px
| şəkilaltı mətn = Rəşid bəy Əfəndiyev, 1937-ci il.
| mətn = '''Rəşid bəy Əfəndiyev''' (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.
}}

<includeonly>
|5 =
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
|- valign="top"
| style="width: 50%; padding-right: 1em;" |
</noinclude>

<!-- 5-ci MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Şəki qəzası
| şəkil = Şəki_qəzası1928.png
| eni = 175px
| şəkilaltı mətn = Şəki qəzası, 1928-ci il.
| mətn ='''Şəki qəzası''' ('''Nuxa qəzası''') — 1840 – 1929-cu illər arasında Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, [[Şəki əyaləti|Şəki əyalətinin]] yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...
}}

<includeonly>
|6=
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
</noinclude>

<!-- 6-cı MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Səlim xan
| şəkil = Şəki xanları və xanzadələri.jpg
| eni = 170px
| şəkilaltı mətn = Şəki xanları, yaxud xanzadələri (şərti), – Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
| mətn = '''Səlim xan''' (?–1826) — 1795 – 1797 və 1805 – 1806-cı illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu xanlığın ərazisindən qovmuş, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı...
}}

<includeonly>
|7 =
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
|- valign="top"
| style="width: 50%; padding-right: 1em;" |
</noinclude>

<!-- 7-ci MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = 1<!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Əsgər Xəlilov
| şəkil = Əsgər Xəlilov.jpg
| eni = 110px
| şəkilaltı mətn = Əsgər Xəlilov.
| mətn = '''Əsgər Xəlilov''' — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri. 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. 1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə...
}}

<includeonly>
|8=
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
</noinclude>

<!-- 8-ci MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = <!-- 1 -->
| göstərmək = {{{göstərmək|}}}
| ad = Aslan Rüstəmov
| şəkil = Aslan Rüstəmov.jpg
| eni = 135px
| şəkilaltı mətn = Aslan Rüstəmov.
| mətn ='''Aslan Rüstəmov''' — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, [[Azərbaycan Respublikasının əməkdar rəssamı]]; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir. Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir. [[Azərbaycan Respublikasının xalq rəssamı]] [[Cahangir Rüstəmov|Cahangir Rüstəmovun]] qardaşı, tanınmış heykəltəraşlar – [[Mahmud Rüstəmov|Mahmud]] və [[Teymur Rüstəmov|Teymur]] Rüstəmovların isə atasıdır. 23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər...
}}

<includeonly>
|9 =
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
|- valign="top"
| style="width: 50%; padding-right: 1em;" |
</noinclude>

<!-- 9-cu MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = no
| göstərmək = {{{göstərmək|}}}
| ad = Fərrux Yusifov
| şəkil = Fərrux Yusifov.jpg
| eni = 125px
| şəkilaltı mətn = Fərrux Yusifov.
| mətn ='''Fərrux Yusifov''' (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan {{KP MK}} Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır. 3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, əvvəl siyasi rəhbər ({{dil-ru|Полити́ческий руководи́тель (сокр. политрук)}}), sonra isə kapitan hərbi rütbəsinə malik olub. 1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib. Lakin sonra tapılıb və hərbi xidməini davam etdirib...
}}

<includeonly>
|10=
</includeonly>
<noinclude>
| style="width: 50%; padding-left: 1em;" |
</noinclude>

<!-- 10-cu MƏQALƏ -->
{{Ana səhifə/Məqalə
| faa = no
| göstərmək = {{{göstərmək|}}}
| ad = Zaman bəy Şeyxəlibəyov
| şəkil = Zaman bəy Şıxəlibəyov.jpg
| eni = 200px
| şəkilaltı mətn = Zaman bəy Şeyxəlibəyov.
| mətn ='''Zaman bəy Şeyxəlibəyov''' (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının {{link-interwiki|az=Dövlət müşaviri|az_mətn=dövlət müşaviri |başqa_dil=ru|başqa_dildə_başlıq=Статский советник}} ({{dil-ru|статский советник}}) mülki rütbəsinə malik olmuşdur, hansı ki bu mülki rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı şərti hərbi rütbəyə uyğun idi...
}}

<includeonly>
}}
</includeonly>
<noinclude>
|}[[Kateqoriya:Şablonlar:Ən çox oxunan 10 məqalə| ]][[Kateqoriya:Şəki Ensiklopediyası:Ana səhifə üçün şablonlar]]{{Keşin avtomatik təmizlənməsi|saatdabir}}
</noinclude>