Göynük rayonu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: G[[Şəkil:Şəki_fəhləsi,_17_oktyabr,_1931.jpg|thumb|17 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.]...' ilə yarat) tərəfindən edilmiş 17:01, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
17 oktyabr 1931-ci il tarixli "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun adı çəkilir.

Göynük rayonu — 1930-1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin[q 1] tərkibində inzibati ərazi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF faylda Göynük rayonunun, Cəfərabad rayonu və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılması və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilməsi göstərilir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi (qismən, yaxud tamamilə?) yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.

Qeydlər

  1. "Şəki fəhləsi" qəzetindən məlum olur ki, bu dairə Qax, Vartaşen, Cəfərabad Göynük rayonlarından və Nuxa şəhərindən ibarət idi. Lakin, dairənin adı barədə qəzetdə məlumat yoxdur. Nuxa dairəsindən əvvəlki Zaqatala-Nuxa dairəsi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF fayla görə) 6 iyul 1929-cu il tarixli “Şəki fəhləsi” qəzetində "Zaqatala-Şəki mahalı" adı ilə göstərilir.

Mənbə