Adil Hacıyev

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:50, 19 iyul 2020 tarixli redaktə
Adil Hacıyev
Hacıyev Adil Əli oğlu
Anadan olub 12 iyun 1933(1933-06-12)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 19 yanvar 2017 (83 yaşında)
Vəfat etdiyi yer Moskva, Rusiya
Vətəndaşlıq SSRİ Rusiya
Təhsili Azərbaycan Polutexnik İnstitu (1951 – 1955)
Mükafatları

"Şərəf Nişanı" ordeni"Əmək veteranı" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Adil Hacıyev (Hacıyev Adil Əli oğlu; d. 12 iyun 1933-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ – 19 yanvar 2017-ci ildə, Moskva, Rusiya federasiyası)

Haqqında məlumatlar

12 iyun 1933-cü il tarixdə Nuxada anadan olub.

1941 – 1951-ci illərdə M.Qorki adına 10-li Nuxa şəhər məktəbində oxuyub.

1951 – 1955-ci illərdə Azərbaycan Polutexnik İnstitunda təhsil alıb.

Əmək fəaliyyəti

1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirimiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.

1957 – 1969-cu illərdə əvvəl Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, daha sonra Bakı Baş Tikinti idarəsində mühəmdis, sahə rəisi, baş mühəndis və s. vəzifələrdə işləmiş, o cümlədən (Главбакстрой) 1-ci inşaat idarəsinin (Su-1) rəisi olmuşdur.

1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.

İctimai aktivliyi

Moskva şəhər (2 dəfə) və Moskva şəhər Voroşilov rayon (8-dəfə) Xalq Deputatları Sovetinin deputatı olub.

Mükafatları

İstifadə edilmiş mənbələr

  • "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.