Şəfiqə Axundova
Şəfiqə Axundova | |
---|---|
Şəfiqə Axundova | |
Şəfiqə Axundova, 2010-cu il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 26 iyul 2013 (89 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşəsi | bəstəkar |
|
|
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
|
Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var |
Şəfiqə Qulam qızı Axundova — Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1998).
Həyatı
Şəfiqə Axundova 1924-cü ildə Nuxa (Şəki) şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.[1]
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.
26 iyul 2013-cü ildə vəfat etmişdir[2].
Əsərləri
- “Gəlin qayası” operası;
- “Ev bizim, sirr bizim” operettası;
- BSO üçün süitalar;
- Xor üçün silsilələr;
- 300-ə yaxın mahnı və romans.
İstinadlar
Filmoqrafiya
- Azərbaycan elləri (film, 1976).
- Mənim atam Əliövsət Sadıqov (film, 2007).
- Bəstəkar Şəfiqə Axundova (film, 2012).
Ədəbiyyat
- Cəfərov, N. Onun üçün nəğmə həyat idi: Şəfiqə Axundova – 90 //Azərbaycan.- 2014.- 10 aprel.- S.10.
- Musiqidə yaşanan ömür: Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.
- Şəfiqə Axundova – 90: [bəstəkar, Əməkdar incəsənət xadiminin yubileyi münasibətilə] //Mədəni həyat.- 2014.- № 2.- S.25.
- Tofiq, H. Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd edilib: [M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Azad Azərbaycan.- 2014.- 11 aprel.- S.5.; Palitra.- 2014.-11 aprel.-S.13.; Şərq.- 2014.-11 aprel.-S.14.
Xarici keçidlər
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1924-cü ildə doğulanlar
- 21 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 26 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)