İradə Gülfir
İradə Gülfir (Quluyeva İradə Gülməmməd qızı) - şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi.
Həyatı
İradə Gülfir 1958-ci il dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır.
Yaradıcılığı
İradə Gülfir 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir. Şəki şəhərində yaşayır, evlidir, bir qızı üç nəvəsi var.
İradə Gülfir qələmsiz, kağızsız yazır. İti hafizəsi qələmi, ürəyi isə kağızı əvəz edir. Gülfirin könül duyğularından doğan söz qoşumu, fikir qönçələri əlvan bir çiçək buketi olub öz ətrinin oxşarlığı, öz təravətliyi ilə seçimində ümumi bənzəmələrindən xaliliyi ilə fərqlənir. Gülfir şeirlərin birində öz məramını belə açıqlayır, o öz gücünə inanır, həyatın bütün proseslərində kiminsə onun qolundan yapışıb keçməyini, addım atmağını inkar edir, öz gücünə, öz iradəsinə inanır.
İradə Gülfirin müxtəlif illərdə yazıları, kitabları (“Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”, “Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar”) nəşriyyatlar tərəfindən böyük tirajla çap edilmişdir. 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir. Şəki şəhərində yaşayır, evlidir, bir qızı üç nəvəsi var.
İstinadlar
İradə Gülfir.Sehrli dünyam. Şeirlər və poemalar. Ünsiyyət. Bakı,2012. 500 səh.
İradə Gülfir.Qəlb işığında. Bakı, "Nurlan", 2008.-514 səh.