Əhməd Əhmədzadə |
---|
|
|
|
| Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri | |
---|
2006 |
|
Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru | |
---|
2004 — 2006 |
|
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri | |
---|
1993 — 2004 |
|
| Quba rayonu İcra Hakimiyyətinin başçısı | |
---|
1991 — 1992 |
|
| Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, Şəki şəhər Partiya Komitəsinin birinci katibi | |
---|
1991 — 1991 |
|
| Şamxor (Şəmkir) rayon Partiya Komitəsinin birinci katibi | |
---|
1987 — 1991 |
|
Sələfi |
Əjdər Əsədov |
| Füzuli rayon Partiya Komitəsinin birinci katibi | |
---|
1980 — 1987 |
|
Xələfi |
Cavanşir Məmmədov |
| Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
---|
1978 — 1980 |
|
| Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi | |
---|
1967 — 1975 |
|
Doğum tarixi |
7 yanvar 1945 (1945-01-07) (79 yaş) |
Doğum yeri |
Qaxmuğal, Qax rayonu, Azərbaycan SSR |
Atası |
Cuma Əhmədzadə |
Partiya |
Şablon:Sov.İK |
Təhsili |
Azərbaycan Texniki Universiteti |
Təltifləri |
|
Əhməd Əhmədzadə — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
Həyatı
1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-çi ildə 1 Nomrəli orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu nda böyük mühəndis, 1967 - 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 1975 - 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976 - 1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış, 1978 - 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980 - 1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK- nın birinci katibi, 1987- 1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK- nın birinci katibi, 1991- ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991 - 1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
1981- 1995-cı illərdə Azərbaycan SS% Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004 - 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini,Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nin Sədridir. Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.
Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.
Ailəlidir, üç övladı var.
Xarici keçidlər
İstinadlar