Həsən Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:41, 8 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Həsən Mustafayev
Mustafayev Həsən Bəkir oglu
Həsən Mustafayev
Həsən Mustafayev, 1959-cu il
Doğum tarixi 1919(1919-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Şəki qəzası, Gəncə quberniyası, Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 6 fevral 1987 (68 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1935 – 1936)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (1937 – 1943)

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, aspirantura (1961 – )
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı

Həsən Mustafayev– fizika-riyaziyyat elmləri namizədi, dosent. 1966 – 1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin riyazi fizika kafedrasında əvvəl müəllim, sonra baş müəllim, daha sonra isə dosent vəzifəsində çalışıb.

Haqqında məlumatlar

1919-cu ildə Nuxada anadan olub.

Təhsili

Nuxa 11 saylı orta məktəbi bitirib.

1935 – 1936-cı illərdə Nuxa Pedaqoji Texnikumunda,

1937 – 1943-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə təhsil alıb.

1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olub

Əmək fəaliyyəti

1936-cı ildən Nuxa 11 №-li tam orta məktəbdə müəllim işləyib.

Daha sonralar Nuxa İkiillik Müəllimlər İnstitutunda, Nuxa Pedaqoji TexnikumundaNuxa Kənd Təsərrüfatı Texnikumunda da fizika və riyaziyyat fənlərindən dərs deyib.

1952-ci ildə Nuxa Rayon Xalq Maarifi Şöbəsinin pedaqoji kabinetində riyaziyyat fənləri üzrə metodist vəzifəsinə təyin olunub.

1966 – 1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin riyazi fizika kafedrasında əvvəl müəllim, sonra baş müəllim, daha sonra isə dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1966-cı ildə Akademik M.L.Rəsulzadənin elmi rəhbərliyi altında “Çıxıqlar üsulunun sərhəd şərtlərində yüksək tərəfindən törəmələri daxil olan bir ölçülü qarışıq məsələlərin həllinə tətbiqi” adlı mövzuda dissertasiya müdafiə edib.

30-dan çox elmi məqalənin müəllifi olmuş, konqres və konfranslarda iştirak etmiş, neçə-neçə dissertantın elmi rəhbəri olmuşdur.

Təltifləri

Vəfatı

6 fevral 1987-ci il tarixdə Bakıda vəfat edib. Şablon:Yaxşı məqalə