Vahid Qəniyev
Vahid Qəniyev | |
---|---|
Qəniyev Vahid Hüseyn oğlu | |
Vahid Qəniyev, 2019-cu il | |
Anadan olub | 26 aprel 1929 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948 – 1953) |
Vahid Qəniyev – Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri. 1985 – 1992-ci illərdə Şəki Rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində işləyib.
Haqqında məlumatlar
26 aprel 1929-cu il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
1947-ci ildə Nuxa M.Qorki adına 10 №-li orta məktəbi bitirib.
1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, sonrakı illərdə həmin idarənin baş mühəndisi olmuşdur.
1965-ci ilin əvvəllərində bir müddət Qax Suvarma Sistemləri İdarəsinin rəisi,
1965-ci ilin ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə işləyib.
1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib.
1975-ci ilin aprel ayında Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1992-ci ilədək həmin vəzifədə çalışıb.
İctimai və siyasi fəaliyyəti
1958-ci ildən Sov.İKP üzvü idi.
Azərbaycan KP XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olub.
1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1990-cı ildə 330 nömrəli Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdür.
Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.