Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Məmməd Adilov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:25, 16 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Adilov
Adilov Məmməd Musa oğlu
Məmməd Adilov
Məmməd Adilov
Doğum tarixi 18 noyabr 1953(1953-11-18)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 oktyabr 2011 (İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu. yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı direktor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi ( – 1976)
Mükafatları AMEA-nın fəxri fərmanı (2003)
"Tərəqqi" medalı — 2005

Məmməd Musa oğlu Adilov – ədəbiyyatşünas alim, filologiya elmləri doktoru. 2003 – 2011-ci illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.

Haqqında məlumatlar

18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olub.

Təhsili

Bakı Dövlət Universitetinin məzunudur (1976).

Əmək fəaliyyəti

1976 – 1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim,

1977 – 1982-ci illərdə Azərbaycan Radiosunda və “Bakı” qəzetində müxbir,

1981 – 1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunun ikiillik ərəb dili kurslarında müəllim,

1982 – 1984-cü illərdə sovet ordusunda tərcüməçi zabit vəzifəsində çalışıb.

1984-cü ildən Azərbaycan SSR EA Əsaslı Kitabxanasında baş redaktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb.

1993 – 1996-cı illərdə Lənkəran Dövlət Universitetində,

1995 – 1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik edib.

2003 – 2011-ci illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.

Elmi-ictimai fəaliyyəti

1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik,

2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak edib.

İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak edib, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olub.

1999-cu ildə “Kitabi-Dədə Qorqud”un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.

Təltif və mükafatları

  • 2003-cü ildə AMEA-nın fəxri fərmanı (2003);

Vəfatı

16 oktyabr 2011-ci il tarixdə toy ziyafətində iştirak etmək üçün Şəki şəhərinə gəlmiş, toyda iştrak etmiş, lakin toydan getdikdən sonra həmin gecə, Şəki şəhərində qəflətən dünyasını dəyişmişdir.

Əsas elmi nailiyyətləri

  • Azərbaycan paleoqrafiyasının elmi-nəzəri və təcrübi məsələlərinin tədqiqi;
  • Azərbaycan orfoqrafiyası tarixinin tədqiqi;
  • Orta əsr türk mətninin transfoneliterasiya prinsiplərinin müəyyənləşdirilməsi;
  • Orta əsr əlyazma kitabı anlayışının dəqiqləşdirilməsi;
  • Ədəbi və tarixi abidələrinin, arxiv materiallarının nəşri;
  • Müasir Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar: İxtisar sözlər, onomastika, terminologiya, frazeologiya, leksikoqrafiya, nitq mədəniyyəti məsələləri.

Əsas elmi əsərləri

  • Azərbaycan paleoqrafiya və tarixi orfoqrafiyası. – Bakı, Nurlan, 2002, 200 s.
  • Türk mətninin transfoneliterasiyası problemləri. – Bakı, Nurlan, 2003, 120 s.
  • Azərbaycan əlyazmalarında filiqranlar (A.Məmmədbağıroğlu ilə). Bakı, Tural-Ə, 2001, 56 s.
  • Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr. – Bakı: Nurlan, 2003, 467 s. (H.Ə.Həsənovla)
  • İsmail bəy Qasprinski. Türküstan üləması. – Bakı: Örnək, 2001, 55 s.
  • Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009

Mənbə

İstinadlar

  1. Məmməd Adilovun ölümü ilə bağlı Əlyazmalar İnstitutun saytında dərc olunmuş nekroloqda belə yazılıb, bu M.Adilovun vaxtilə, özünün yazdığı tərcümeyi-halından götürülmüşdür. İndiki Azərbaycan MEA-nın mərkəzi kitabxanasına Sovet dövründə "əsaslı kitabxana" deyilirdi, orada həqiqətən də Sovet zamanında redaktor vəzifəsi mövcud olub.

Şablon:Yaxşı məqalə