Xəyyam Mirzəzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:X{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqiçilərKateqoriya:Şək...' ilə yarat) tərəfindən edilmiş 04:48, 21 oktyabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Xəyyam Mirzəzadə
Xəyyam Hadı oğlu Mirzəzadə
Şəxsi məlumatlar
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan

Xəyyam Hadı oğlu Mirzəzadə — Azərbaycan bəstəkarı, pedaqoq, Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycanın əməkdar incəsənət xadimi (1972), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1975, 1986), professor (1979), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" (2000), "Şərəf" ordeni laureatı (2010).

Həyatı

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

Haqqında

Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.[6]

Əsərləri

Baletləri

Kamera orkestri üçün

  • Musiqi (1964)
  • Üç xoreoqrafik şəkil (1969)

Simfonik orkestr üçün

  • I Simfoniya (1957)
  • II Simfoniya (Triptix, 1970)
  • Kiçik lirik süita (1963)
  • Oçerklər-63 simfonik poema (1963)
  • "Muğan çöllərində" süitası (1967)

Xor, solist və simfonik orkestr üçün

  • "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
  • Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə

Ağacdan nəfəs alətləri üçün

  • Sekstet (1962)

Misdən nəfəs alətləri üçün

  • Kvartet (1970)

Simli kvartet üçün

  • I Kvartet (1956)
  • II Kvartet (1961)
  • Dörd miniatür (1958)
  • Noraşen rəqsləri (1972)

Skripka və fortepiano üçün

  • Sonatina (1950)
  • Poema vä sketso (1952)

Filmoqrafiya

Şablon:Columns-list

İstinadlar

Şablon:İstinad stili

  1. Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə sayt Musiqi Dünyası
  2. LentAz Xəyyam Mirzəzadə: “Azərbaycan bəstəkarlıq məktəbi yoxdur”
  3. "Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib" (Azerbaijani). xezerxeber.az. 30 İyul 2018. İstifadə tarixi: 30 İyul 2018.
  4. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanıanl.az saytı
  5. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarıanl.az saytı
  6. Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76-78.

Xarici keçidlər

Həmçinin bax