Ehtibar Kərimov
Ehtibar Kərimov | |
---|---|
Kərimov Ehtibar Əsab oğlu | |
Ehtibar Kərimov, 2013 | |
Doğum tarixi | 25 oktyabr 1964 |
Doğum yeri | Aşağı Şabalıd, Qax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | tibb üzrə fəlsəfə doktoru |
Təhsili |
Şəki Tibb Məktəbi (1982; 1984 – 1987) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1988 – 1994) Azərbaycan Dövlət Tibb Universiteti, doktorantura (2010 – 2013) |
Ehtibar Kərimov − həkim-uroloq, tibb üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasının daxili xəstəliklər şöbəsinin konsultantı.
Haqqında məlumatlar
25 oktyabr 1964-cü il tarixdə Qax rayonunun Aşağı Şabalıd kəndində anadan olub.
Təhsili və elmi fəaliyyəti
1982-ci ildə Şəki Tibb məktəbinə daxil olub, lakin elə həmin il əsgəri xidmətə çağırılıb. İkiillik hərbi xidmətdən sonra 1984 – 1987-ci illərdə təhsilini davam etdirib; Şəki Tibb Məktəbini fərqlənmə diplomu ilə bitirib.
1988 – 1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb, buranı da fərqlənmə diplomu ilə bitirib.
2010 – 2013-cü illərdə isə Azərbaycan Dövlət Tibb Universitetinin doktoranturasında təhsilini artırıb.
2013-cü ilin 3 iyulunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
1994-cü ildə Şəki Şəhər Mərkəzi Xəstəxanasında,
1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində,
2004 – 2009-cu illərdə Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində,
2010 – 2019-cu illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışıb.
2019-cu ilin sonlarından isə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasının daxili xəstəliklər şöbəsinin konsultantıdır.
İkinci iş yerləri
2010 – 2019-cu illərdə və 2020-ci ildə Şəki Tibb Kollecində cərrahiyyə və urologiya fənnindən,
2015 – 2018-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tibbi biliklərin əsasları fənnindən dərs deyib.
2013 – 2019-cu illərdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki penitensiar müəssisəsində həkim işləyib.