Fərman Abdullayev
WikiSysop (Müzakirə | töhfələr) (Removed redirect to Fərman Avdullayev) tərəfindən edilmiş 21:11, 3 noyabr 2020 tarixli dəyişiklik
Fərman Abdullayev | |
---|---|
Abdullayev Fərman Abdulcabbar oğlu | |
Fərman Abdullayev | |
Fərman Abdullayev | |
Doğum tarixi | 4 noyabr 1954 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 5 mart 2013 (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşələri | aktyor, rejissor, ssenari müəllifi |
IMDb | ID 0008305 |
Fərman Abdullayev - Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi.
Həyatı
Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Nuxada anadan olub. Şəki aktyorluq məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur[1].
Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir[2].
Filmoqrafiya
- Aşkarsızlıq şəraitində... (film, 1986).
- Boş yer (film, 1989).
- Zirzəmi (film, 1990).
- “Fransız” (film, 1995).
- Həm ziyarət, həm ticarət... (film, 1995).
- Yarımştat (film, 1996).
- Min birinci söz (film, 1997).
- Otel otağı (film, 1998).
- Sarı gəlin (film, 1998).
- Mişovul ovu (film, 2001).
- Bir anın həqiqəti (film, 2003).
- Yalan (film, 2006).
- Günaydın, mələyim! (film, 2008).
- Komediya səhnəsi (veriliş, 2009).
- İstanbul reysi (film, 2010).