Adnan Hacızadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:A{{Əvvəlcə familiya|{{PAGENAME}}}}{{Şəxs |adı = Adnan Hacızadə |orijinal adı...' ilə yarat) tərəfindən edilmiş 20:45, 10 noyabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Adnan Hacızadə
Hacızadə Adnan Hikmət oğlu
Anadan olub 13 iyul 1983 (1983-07-13) (41 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Adnan Hikmət oğlu Hacızadə — ictimai-siyasi fəal, bloqqer.

Haqqında məlumatlar

13 iyul 1983-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

Bakı Avropa liseyini bitirib.

2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olunub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.

Digər

2007-ci ldə hərbi xidmətdə olub.

2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “BP” ictimayyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.

İctimai-siyasi fəaliyyəti

İctimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri zamanı başlayıb. Bu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.

2009-cu il iyulun 8-də altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 aylıq müddətə həbs olunub.

11 noyabr 2009-cu il tarixdə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul olunub.