Fikrət Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:08, 4 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Cəfərov
Cəfərov Fikrət Neymət oglu
Fikrət Cəfərov
Fikrət Cəfərov, 2006-cı il
Anadan olub 4 dekabr 1956(1956-12-04)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1975 – 1979)

Fikrət Cəfərov – Şəki şəhərinin sabiq meri; 2010 – 2015-ci illərdə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Haqqında məlumatlar

4 dekabr 1956-cı ildə Nuxada anadan olub.

Təhsili

1974-cü ildə Şəki şəhər 11 №-li orta məktəbi bitirib.

1975 – 1979-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Hərbi xidmət

1979 – 1981ci illərdə hərbi xidmət borcunu zabit kimi yerinə yetirib.

Əmək fəaliyyəti

1982 – 1985-ci illərdə Şəki “Mebel” Firma mağazasının müdiri,

1985 – 1987-ci illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədr müavini,

1987 – 1989-cu illərdə Şəki Qarışıq Mallar Ticarəti İdarəsinin baş direktoru vəzifəsində çalışıb.

2000 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyəti yanında Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri olub.

2005-ci ildən Şəki şəhər bələdiyyə sədrinin birinci müavini,

2010 – 2015-ci illərdə isə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1990 – 1995-ci illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat,

2004-cü ildə isə Şəki Şəhər Bələdiyyəsinə üzv seçilib.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir. Dörd övladı var.

İstifadə edilmiş mənbə

  • "CƏFƏROV FİKRƏT NEYMƏT OĞLU". https://belediyye.io.ua/ (azərb.). “Şəki bələdiyyəsi” qəzetinin saytı. 3 Dec 2020 tarixində arxivləşdirilib.