Mehman Musabəyli
Mehman Musabəyli | |
---|---|
Musabəyli Mehman Həsən oğlu | |
Mehman Musabəyli, 2011-ci il | |
Doğum tarixi | 10 aprel 1971 |
Doğum yeri | Şəki, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, televiziya rejissoru fakültəsi (1998 – ) |
Fəaliyyəti | 1993-cü ildən |
İlk əsəri | “Vineqret-1”, "Vineqret-2" və s. məqalələr |
facebook səhifəsi |
Mehman Musabəyli – yazıçı, tərcüməçi, dövri-mətbuatda özünün qələmə aldığı hekayələr, başqa dillərdən tərcümə etdiyi hekayələr çap olunub, o cümlədən, azərbaycan dilində çap olunmuş 3 kitabın tərcüməçisidir; rejissor və aktyor, bir sıra Azərbaycan teatrlarının tamaşalarında rol oynayıb, 1993-cü ildən isə Marionet Teatrında aktyor fəaliyyətini davam etdirir.
Haqqında məlumatlar
10 aprel 1971-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1988-ci ildə Şəki şəhər 14 №-li orta məktəbini bitirib.
1993-cü ildə Bakı şəhər 12 №-li orta texniki peşə məktəbini kinomexanik ixtisası üzrə bitirib.
1998-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun televiziya rejissoru fakültəsinə qəbul olunub.
Əmək fəaliyyəti
1991 – 1992-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı,
1992 – 1993-cü illərdə Hüseynağa Atakişiyevin Gənclər Teatrında baş maşinist vəzifəsində çalışıb.
1993-cü ildən Tərlan Qorçunun Marionet Teatrında kuklaçı-aktyordur.
Ədəbi yaradıcılığı
1999-cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İlk mətbu əsərləri (“Vineqret-1”, "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə “Kefli İsgəndər”, “Tək səbir” və “Press-fakt” qəzetlərində dərc olunub.
Çap olunmuş digər hekayələri
- Kiçik hekayələr, 1998, “Ulduz” jurnalı, № 3/4.
- Qızılgül və qoz ağacı, 1998 – “Cahan” jurnalı, № 4.
- Kağız, 1998, “Ulduz” jurnalı, № 11.
- Uçan fillər, 1999 – “Ulduz” jurnalı, № 4.
- Adsız çiçək, 2004 – “Qobustan” jurnalı, № 3.
- Homo sapiens, 2005, “Ulduz” jurnalı, № 4.
- Mükəmməl Büdrəyiş, 2005 – “Ulduz” jurnalı, № 4
- Niftəlinin kəşfləri, 2006 – “Azərbaycan” jurnalı, № 7.
- Otkrıtiya Niftali, 2007 – “Literaturnıy Azerbaydjan”, № 2.
Tərcümələri
Hekayələr
Qabriel Qarsia Markes
- Bu günlərdən biri, 2003 – “Ulduz” jurnalı, № 12.
- Üç somnambul üçün kədər, 2003 – “Ulduz” jurnalı, № 12.
- Nəhəng qanadlı senyor, 2005 – “Ulduz” jurnalı, № 1.
Eduardo De Filippo
- Ruhlar, 2005 – “Azərbaycan” jurnalı, № 10.
Oldos Haksli
- Bioqrafiyası və “Esselər”, 2006 – “Xəzər” jurnalı, № 3.
Kitablar
- Hikmət Aydınoğlu, “Demokratiya labirintləri” (ruscadan) Bakı, Tutu Uşaq Nəşriyyatı, 2001, 144 səh.
- Hans Xristian Andersen, “Ole-Lukoye və başqa nağıllar”. (ruscadan) Bakı. Tutu Uşaq Nəşriyyatı 2005, 28 səh.
- Haldun Taner, “Günün adamı”, (türkcədən). Bakı, Yom yayınları, 2007, 76 səh. Tiraj 500.
Aktyorluq fəaliyyəti
- “Şəngül, Şüngül, Məngül” – Pantomim Teatrı, 1996 – rej: Bəxtiyar Xanızadə.
- “Divin oğul dərdi” – Şəki Döv. Dram Teatrı, 1997 – rej: Mirbala Səlimli.
- “Randevu” – İnc. İns. “Səda” Teatrı, 1997 – rej: Pünhan Həsənli.
- “Div oğlu Div” – İrəvan Teatrı, 1998 – rej: Vidadi Əliyev.
- E. de Filippo “Ruhlar” – Şəki Dövlət Dram Teatrı, 2001 – rej: Mirbala Səlimli.
- “Adsız çiçək” - Dövlət “YUĞ” Teatrı, 2005 – rej: Günay Səttarova.
- Jan-Batist Molyer “Xəsis” – Şəki Dövlət Dram Teatrı, 2008 – rej: Mirbala Səlimli.
- “Xallı keçinin qisası” – Şəki Dövlət Dram Teatrı, 2007 – rej: Əbülfət Salahov.
Digər
2005-ci ildə Polşada,
2008-ci ildə Almaniyada teatr qastrollarında olub.
2003-cü ildə “Kağız” hekayəsi ilə “I Proza N” müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer). Şablon:Yaxşı məqalə