Ənvər Qarayev
Ənvər Qarayev | |
---|---|
Qarayev Ənvər Vahid oğlu | |
Ənvər Qarayev | |
Doğum tarixi | 18 fevral 1947 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2011 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Ənvər Vahid oğlu Qarayev — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Həyat və yaradıcılığı
Ənvər Qarayev 18 fevral 1947-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.
Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.[1]
Ənvər Qarayev 29 yanvar 2011-ci ildə vəfat etmiş, Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunmuşdur.[2]
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002[3]
İstinadlar
- ↑ "Hər əsərində dekorativliyə meyl edən rəssam". yeniavaz.com. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az. 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.