Fətəli xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:38, 6 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fətəli xan Xoyski
Fətəlixan İsgəndər oğlu Xoyski
az-ərəb: فتحعلی‌خان خویسکی
Fatali Khan Khoyski.jpg
Fətəli xan Xoyski, 1906-cı il
bayraqAzərbaycan Cümhuriyyətinin xarici işlər naziribayraq
24 dekabr 1919 — 1 aprel 1920
Sələfi Məmməd Yusif Cəfərov
Xələfi vəzifə ləğv edilib
26 dekabr 1918 — 14 mart 1919
Sələfi Əlimərdan bəy Topçubaşov
Xələfi Məmməd Yusif Cəfərov
bayraqAzərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədribayraq
28 may 1918 — 14 mart 1919
Sələfi vəzifə təsis edilib
Xələfi Nəsib bəy Yusifbəyli
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziribayraq
28 may 1918 — 17 iyun 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Behbud xan Cavanşir
bayraqAzərbaycan Cümhuriyyətinin ədliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi Xəlil bəy Xasməmmədov
Xələfi Teymur bəy Makinski
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1875(1875-12-07)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 19 iyun 1920 (44 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan Demokratik Respublikası
Atası İskəndər xan Xoyski
Uşağı Tamara xanım Xoyskaya
Təhsili Moskva Universiteti (1897)

Fətəli xan Xoyski — azərbaycanlı ictimai-siyasi xadim, dövlət xadimi, hüquqşünas; 28 may 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin əsas qurucularından biri, ilk nazirlər şurası sədri və daxili işlər naziri.

Haqqında məlumatlar

7 daekabr 1875-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

Yelizavetpol gimnaziyasını bitirib.

1897-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1897 – 1907-ci illərdə əvvəl Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunmuş, sonra Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il məhkəmə-hüquq sahəsində çalışmışdır.

1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədək Bakı şəhər Dumasına rəhbərlik edib.

1917-ci ilin noyabr ayının 15-dən 1918-ci ilin fevral ayının 10-adək Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı olub.

1918-ci ilin aprel ayından isə Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub.

1918-ci ilin may ayının 28-dən iyun ayının 17-dək Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri,

1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-dək və

1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-dək Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1907-ci ildə Rusiya imperiyasının II Dövlət dumasına deputat seçilib.

Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə.

Zaqafqaziya Seyminin (10 fevral —  26 may 1918) üzvü idi; Müsavat və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.

Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il.

Azərbaycan Parlamentinin (7 dekabr 1918 — 27 aprel 1920) üzvü. Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel — 30 may 1919, Tiflis).

Ölümü

Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçüb, orada 19 iyun 1920-ci ildə qətlə yetirilib. Dəfn mərasimini Tiflisdəki İran konsulluğu təşkil etmişdir.

Ailəsi

İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olmuşdur.

Üç uşağı olub: qızı Tamara (1902-1990) və iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).

Qızı Tamara xanım Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan SSR maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində işləmiş Mirzə Davud Hüseynova ərə getmişdir.

Oğlu: Murad Bakıda nəqliyyat idarəsində çalışıb.

Kiçik oğlu: Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyi səbəbində narkozdan sonra oyanmayıb və vəfat edib.

Xatirəsi

Anadan olmasının 120 illiyi münasibəti ilə buraxılmış marka
  • Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır.
  • 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb
  • Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb.
  • Bakıda (İstiqlaliyyət küçəsində) Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında, barelyef vurulub.
  • Şəkidə əvvəllər Karl Marks adını daşımış küçəyə onun adı verilib.

Həmçinin bax

Video