Dürrə Məmmədova
Dürrə Məmmədova | |
---|---|
Məmmədova Dürrə Əlabbas qızı | |
Dürrə Məmmədova | |
Anadan olub | 25 dekabr 1923 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 25 avqust 2005 (81 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Bakı Əczaçılıq Texnikumunu ( – 1940) |
Mükafatları |
Dürrə Məmmədova(1923 – 2005) — Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlı qadın-tibb işçisi, baş leytenant, Azərbaycan SSR əməkdar səhiyyə işçisi. “Florens Naytingel” medalı ilə təltif olunmuş cəmi 12 azərbaycanlı tibb bacısından biridir. 1995 və 2000-ci illərdə Moskvada Qızıl Meydanda keçirilən paradlarda iştirak edib.
Haqqında məlumatlar
25 dekabr 1923-cü ildə Nuxada anadan olub.
Təhsili
1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib.
Hərbi xidmətdə
22 iyun 1941-ci il tarixdə Böyük Vətən müharibəsinin başlamasından sonra könüllü olaraq cəbhəyə gedib. Əvvəlcə Novorossiysk şəhər 43 №-li hərbi-dəniz hospitalının sərəncamına göndərilib, sonra Novorossiysk Hərbi-Dəniz Bazasının sanitar anbarına köçürülüb. Burada tibb işçisi kimi 18-ci Ordunun Qara dəniz hərbi hissələrinin dərmanlarla, sarğı ləvazimatları və tibbi avadanlıqlarla təchizi məsələləri ilə məşğul olmuş, yaralılara da yardım göstərmişdir. Sovet qoşunları Novorossiysk şəhərini tərk etdikdən sonra isə Gəlincik və Karbardinkada döyüş meydanlarında fəaliyyət göstərib.
Xidmətlərinə görə bir neçə orden 13 medalla təltif olunub. 1948-ci ilədək hərbi qulluqda saxlanılmış, Hərbi-Dəniz Donanmasının 41 və 45 №-hospitallarında aptek müdiri vəzifəsində çalışmışdır.
Əmək fəaliyyəti
1940 – 1941-ci illərdə Nuxadakı 85 №-aptekdə işləyib.
1948 – 1961-ci illərdə əmək fəaliyyətini Leninqradda, Uzaq Şərqdə, Port-Arturda (ÇXR),
1961-ci ildən isə Bakıdakı 329 saylı aptekdə davam etdirib.
1978-ci ildə fərdi pensiyaya çıxıb.
İctimai aktivliyi
3 dəfə Bakı şəhəri Sovetinə deputat,
2 dəfə SSRİ Müharibə Veteranları Komitəsinin plenumuna üzv seçilib.
Digər
1998-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevlə görüşdə, Heydər Əliyev onun cavan qalmasına və səliqəsinə işarə edərək belə deyib:
Mən səni artıq 30 ildir ki, tanıyıram. Bu müddət ərzində sən heç dəyişməmisən. 30 il əvvəl də elə belə idin. |
Mükafatları
- “Qırmızı Ulduz” ordeni;
- II dərəcəli “Vətən Müharibəsi” ordeni;
- SSRİ tibb xidməti əlaçısı
- Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981).
- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan “Florens Naytingel” medalı (2005).
Vəfatı
25 avqust 2005-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.
İstifadə edilmiş mənbələr
- Mete Ə. Şəfqətli döyüşlər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 355 – 356. — 500 nüsx.
- Naibə (7 – 10 may, 2011). "Qələbə günündən qələbə gözləntisi". http://anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 23 Dec 2020 tarixində arxivləşdirilib.
- Əsədov Q. Şəki və onun təbabət tarixi. — Bakı: “Qanun”, 2016. — ISBN 978-9952-36-282-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 Nov 2018 - 29 Jan 2020.
- D
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- 1923-cü ildə doğulanlar
- 25 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 25 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- “Florens Naytingel” medalı ilə təltif olunanlar
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr