Ənisə Xəlifəzadə
Ənisə Xəlifəzadə | |
---|---|
Xəlifəzadə Ənisə Müzəffər qızı | |
Ənisə Xəlifəzadə. | |
Doğum tarixi | 25 iyul 1932 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 12 avqust 2016 (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi, geologiya bölməsi (1951 – 1956) |
Ənisə Xəlifəzadə (1932 – 2016) — tanınmış geoloq, Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin aparıcı elmi işçisi.
Haqqında məlumatlar
25 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Orta məktəbi Nuxada bitirib.
1951 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geologiya bölməsində təhsil alıb.
Əmək fəaliyyəti
1956-cı ildə Dağıstan hidrogeoloji partiyasında hidrogeoloq işləyib.
1956 – 1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsində çalışıb, o cümlədən,
1957-ci ildə Azərbaycan SSR Geologiya İdarəsinin Dağlıq Qarabağ Mehman geoloji partiyasında hidrogeoloq,
1958 – 1979-cu illərdə hidrogeoloji partiyanın Şirvan sahəsində aparıcı hidrogeoloq,
1980 – 1985-ci illərdə Alazan – Əyriçay sahəsində aparıcı hidrogeoloq olub.
1985-ci ildə əmək təqaüdünə çıxıb.
Vəfatı
12 avqust 2016-cı il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Bakıda dəfn olunub.
Ailəsi
Həyat yoldaşı Nemət Əhmədov da geoloq idi, iki qızları olub.