Elman Mustafayev (kitab satıcısı)
Elman Mustafayev | |
---|---|
Mustafayev Elman | |
Doğum tarixi | 4 yanvar 1940 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 11 fevral 2019 (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | kitab-əmtəəşünaslıq və biblioqrafiya |
Təhsili |
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi) |
Fəaliyyəti | kitab satıcısı |
Haqqında məlumatlar
4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada orta məktəbi bitirib.
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində və
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) əhsil alıb.
Əmək fəaliyyəti
Litvanın Kaunas şəhərində Sovet Ordusunda xidmət edərkən[1] suvaqçı, rəngsaz, bənnalıq kimi inşaatçı ixtisaslarına yiyələnmişdir[2].
Amma uşaqlıqdan kitaba olan həvəsi ilə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində "Kitab-əmtəəşünaslıq və biblioqrafiya" ixtisası üzrə ali təhsil almışdır. Gündüzlər işləmiş, gecələr isə universitetdə oxumuşdur[2].
2018-ci ilin sonlarından xəstə olan Elman dayı 2019-cu ilin fevral ayının 11-də vəfat etmişdir[3].
Kitab sahəsində fəaliyyəti
50 ildən çox kitab sahəsində çalışmışdır[3]. Hələ tələbəlik illərindən kitab mağazasının müdiri işləmişdir[2].
1967-1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru vəzifəsində işləmişdir[4].
O, 1980-1985-ci illərdə ilk Bakı Kitab Evinin ilk direktoru olmuşdur[4]. Kitab evinin direktoru olduğu müddətdə elm, mədəniyyət, incəsənət xadimləri ilə mütəmadi görüşlər təşkil etmişdir. Xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil etmişdir.
1985-ci ildən[5] həyatının sonuna qədər İçəri Şəhərdə, Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının - İçəri Şəhər kitab evinin direktoru idi[6]. 2005-ci ildən işlədiyi mağazanı özəlləşdirərək[2], onun sahibi olmuşdur. Oxucular arasında həmin mağaza "Elman dayının kitab dükanı" kimi tanınırdı[6].
Yaradıcılığı
Elman Mustafayev "Kitab əhlinin sərrafı oldum" adlı kitabın müəllifidir. Həmin kitab 2013-cü ildə Bakıdakı "Elm" nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı acılı-şirinli xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer almışdır[7].
Vəfatı
11 fevral 2019-cu il tarixdə
Qeydlər
- ↑ İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.
İstinadlar
- ↑ Elxan Xanəlizadə. KİTAB ALLAHI. 24.01.2011 (azərb.)
- ↑ 2,0 2,1 2,2 2,3 Sitat səhvi: Invalid
<ref>
tag; no text was provided for refs namedmodern.az
- ↑ 3,0 3,1 Bakının ən məşhur kitabçısı vəfat edib. modern.az, 13.02.2019 (azərb.)
- ↑ 4,0 4,1 Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi - FOTOLAR. musavat.com, 02.04.2017 (azərb.)
- ↑ “Bakıda kitab ticarəti həmişə yüksək olub”. medeniyyet.az, 23.09.2013 (azərb.)
- ↑ 6,0 6,1 İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı. bbc.com, 15.09.2014 (azərb.)
- ↑ Elman Mustafayev. "Kitab əhlinin sərrafı oldum", Bakı, "Elm" nəşriyyatı, 2013 (azərb.)