Elman Mustafayev (kitab satıcısı)
Elman Mustafayev | |
---|---|
Mustafayev Elman | |
Anadan olub | 4 yanvar 1940 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 11 fevral 2019 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | kitab-əmtəəşünaslıq və biblioqrafiya |
Təhsili |
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi) |
Fəaliyyəti | kitab satıcısı |
Haqqında məlumatlar
4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada orta məktəbi bitirib.
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində və
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) əhsil alıb.
Əmək fəaliyyəti
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.
1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru olub[1].
O, 1980-1985-ci illərdə ilk Bakı Kitab Evinin ilk direktoru olmuşdur[2]. Kitab evinin direktoru olduğu müddətdə elm, mədəniyyət, incəsənət xadimləri ilə mütəmadi görüşlər təşkil etmişdir. Xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil etmişdir.
1985-ci ildən[3] həyatının sonuna qədər İçəri Şəhərdə, Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının - İçəri Şəhər kitab evinin direktoru idi[4]. 2005-ci ildən işlədiyi mağazanı özəlləşdirərək[5], onun sahibi olmuşdur. Oxucular arasında həmin mağaza "Elman dayının kitab dükanı" kimi tanınırdı[4].
Yaradıcılığı
Elman Mustafayev "Kitab əhlinin sərrafı oldum" adlı kitabın müəllifidir. Həmin kitab 2013-cü ildə Bakıdakı "Elm" nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı acılı-şirinli xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer almışdır[6].
Vəfatı
11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[7].
İstinadlar və qeydlər
- ↑ Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
- ↑ Sitat səhvi: Invalid
<ref>
tag; no text was provided for refs namedmusavat.com
- ↑ “Bakıda kitab ticarəti həmişə yüksək olub”. medeniyyet.az, 23.09.2013 (azərb.)
- ↑ 4,0 4,1 İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı. bbc.com, 15.09.2014 (azərb.)
- ↑ Sitat səhvi: Invalid
<ref>
tag; no text was provided for refs namedmodern.az
- ↑ Elman Mustafayev. "Kitab əhlinin sərrafı oldum", Bakı, "Elm" nəşriyyatı, 2013 (azərb.)
- ↑ A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.
Sitat səhvi: <ref>
tags exist for a group named "q", but no corresponding <references group="q"/>
tag was found