Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ziya Yusifzadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:20, 15 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ziya Yusifzadə
Ziya Yusifzadə
Ziya Yusifzadə
bayraqAzərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədribayraq
18 iyun 1980 — 11 avqust 1988
Sələfi az:Vitali Krasilnikov
Xələfi az:İvan Qorelovski
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1929(1929-02-15)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 sentyabr 2015 (86 yaşında)
Dəfn yeri İkinci Fəxri Xiyaban, Bakı
Atası Məmmədiyyə Yusifzadə
Təhsili Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu ( – 1952)
Təltifləri "Qırmızı Ulduz" ordeni"Oktyabr İnqilabı" ordeni
"Azərbaycan Bayrağı" ordeni“Şöhrət” ordeni (Azərbaycan)

Ziya Yusifzadə (1929 – 2015) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (19801988).

Haqqında məlumatlar

15 fevral 1929-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.

Təhsili

1945-ci ildə Zaqatalada orta məktəbi (qızıl medalla),

1952-ci ildə isə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (ingilis dili ixtisası) üzrə bitirib.

Əmək fəaliyyəti

1952 – 1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub; o cümlədən,

1972 – 1976-cı illərdə əks-kəşfiyyat şöbəsinin rəisi,

1976 – 1980-cı illərdə sədrin I müavini,

1980 – 1988-ci il illərdə sədr olub.

1988 – 1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

1999-cu ildə hərbi qulluğa bərpa olunub; o cümlədən,

1999 – 2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəisi vəzifəsində çalışıb.

Hərbi rütbələri

1977-ci ildə general-mayor,

1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb.

İctimai-siyasi aktivliyi

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib.

1970 – 1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd,

1980 – 1988-ci illərdə MK-nın büro üzvü olub.

Təltif mükafatları

Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilmişdir.

Vəfatı

29 sentyabr 2015-ci il tarixdə – 86 yaşında, Bakıda vəfat edib.

30 sentyabr 2015-ci il tatixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib və, mərhum II Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

Tahir Aydınoğlu (15.02.2014). "Ziya Yusifzadə – 85. Dövlətçiliyimizin və milli təhlükəsizliyimizin keşiyində sədaqətli xidmət nümunəsi (müsahibə)". Xalq qəzeti (azərb.). xalqqazeti.com. İstifadə tarixi: 2015-09-30.

Xarici keçidlər

Həmçinin, bax: