Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov
Haqqında məlumatlar
1905-ci ilin may ayında Ağdaşda anadan olub.
Təhsili
1913 – 1918-ci illərdə ibtidai məktəbində (Ağdaş),
1918 – 1921-ci illərdə II mərhələ məktəbdə (cəmi 3 sinif, Ağdaş),
1922 – 1921-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),
1924 – 1921-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.
Əmək fəaliyyəti
Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,
iyul — oktyabr, 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində müəllim və direktor,
noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Nuxa fəhləsi” qəzetinin redaktoru,
mart — iyul, 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,
iyul — dekabr, 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,
yanvar — aprel, 1936-cı il tarixləri arasında kurs direktoru,
aprel — dekabr, 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdində tədris-kurs kombinatının direktoru,
dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,
avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,
avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski rabiçi” qəzetinin xüsusi müxbiri,
sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Azərbaycan Teleqraf Agentliyinin səyahət müxbiri (rus.: разъездной корреспондент),
mart, 1941-ci il — iyun, 1941-ci il tarixləri arasında Azərbaycan Teleqraf Agentliyinin redaktoru,
İyun, 1941-ci il — oktyabr, 1941-ci il tarixləri arasında İranda yerləşmiş Sovet Ordusunun 20-ci diviziyasında tərcüməçi,
oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.
1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralınıb,
iyun, 1942-ci il — dekabr, 1942-ci il tarixləri arasında qospitalda müalicə olunub.
Oktyabr, 1943-cü il — dekabr 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəinin rəisi,
may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski rabiçi” qəzetinin xüsusi müxbiri,
mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,
dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski rabiçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.
1975-ci ildə təqaüdə çıxıb.
1979-cu ildən respublika əhəmiyyətli təqaüd alıb.
1984-cü ildə