Rəhman Hümmətov
Rəhman Hümmətov | |||||||
---|---|---|---|---|---|---|---|
Hümmətov Rəhman Dursun oğlu | |||||||
Rəhman Hümmətov. | |||||||
|
|||||||
Doğum tarixi | 1 iyul 1977 | ||||||
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili |
Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu, biznesin təşkili və idarə olunması ixtisası, (–1998) Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, magistratura, mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası (–2000) Dövlət İdarəçilik Akademiyası, aspirantura (2000–2004) |
||||||
Elmi dərəcəsi | hüquq elmləri namizədi |
Rəhman Hümmətov — hüquq elmləri namizədi, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini.
Haqqında məlumatlar
1 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1984 – 1994-cü illərdə Şəki şəhər 8 № li beynəlmiləl orta məktəbində təhsil alıb.
1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu,
2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistraturasını bitirib.
2000 – 2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
1998 – 2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışıb.
2006 – 2016-cı illərdə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini,
2016 – 2018-cı illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü,
2018 – 2021-ci illərdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini olub.
3 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinidir.
Ədəbiyyat
- "Rəhman Dursun oğlu Hümmətov". https://mincom.gov.az/ (azərb.). Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.