Məmmədkəbir Hacıoğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədkəbir Hacıoğlu
Hacıyev Məmmədkəbir Hacı oğlu
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacıoğlu.
Ləqəbi Hacıoğlu
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelisavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 12 iyun 1977 (71 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Fəaliyyət illəri 1920–1977
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Məmmədkəbir Kərimov — tanınmış teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti.

Həyatı

Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.[1]

Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.[1]

Mükafatları

İstinadlar

  1. 1,0 1,1 (Rəhimli, 2017, s. 286–287)

Ədəbiyyat