Nuxa Dövlət Dram Teatrı
Nuxa Dövlət Dram Teatrı | |
---|---|
Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı kimi | |
Əsası qoyulub | 1933 |
Bağlanıb | 1949 |
Teatr binası | |
Ünvan | Nuxa, Lenin küçəsi |
Tikilib | 1902 |
Sabir adına Nuxa Dövlət Dram Teatrı (Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı) — 1933 – 1949-cu illər arasında Nuxada (indiki Şəkidə) fəaliyyət göstərmiş dram teatrı.
Tarixi
Nuxa Dövlət Dram Teatrı 1933-cü ildə Nuxada – 4275 kv m² sahəsi olan 1902-ci ildə inşa edilmiş ikimərtəbəli binada fəaliyyətə başlamışdır.
31 mart 1939-сu il tarixdə SSRİ Xalq Komissarları Soveti yanında İncəsənət İşləri Komitəsini tərəfindən “Sabir adına Azərbaycan Dövlət Dramatik Teatrı” adı ilə pasportlaşdırılıb.
1948-ci ilin mart ayında Azərbaycan SSR İncəsənət İşləri Komitəsinin göstərişinə əsasən teatrın 18 nəfər işçisi ixtisara salınaraq işdən azad edilib.
1949-cu ildən isə teatrın fəaliyyəti tamamilə dayandırılıb.
Direktorları
- Məmmədsani Məmmədov (dekabr, 1937-ci il – iyul, 1938-ci il tarixləri arasında);
- Məmmədkəbir Hacıoğlu (1941-ci ilin avqust ayından);
- Məmmədiyyə Cabbarov (1948-ci ilin avqust ayından).
Ədəbiyyat
- Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14 c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.