MediaWiki:Təltif/Azərbaycan/Azərbaycan Respublikasının xalq yazıçısı
Azərbaycan Respublikasının xalq yazıçısı | ||
---|---|---|
|
||
|
||
Ölkə | Azərbaycan | |
Tip | Fəxri ad | |
Status | Təqdim olunur | |
Statistika | ||
Təsis tarixi | 22 may 1998 | |
Ardıcıllıq | ||
Daha kiçik mükafat | Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi | |
Müvafiqdir | Azərbaycan SSR xalq yazıçısı |
Azərbaycan Respublikasının xalq yazıçısı — Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilən fəxri ad.
Maraqlı faktlar
Yazıçı Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adından məhrum edilən yeganə şəxsdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli Fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülən Əkrəm Əylisli Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"nin 15-ci bəndinin "b" yarımbəndinə əsasən "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdir.[1][2]
Xarici keçidlər
- Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2015-01-19 at the Wayback Machine