Nəhayət Əhmədova
Jump to navigation
Jump to search
Nəhayət Əhmədova | |
---|---|
Əhmədova Nəhayət Allahyar qızı | |
Nəhayət Əhmədova, 1975-ci il. | |
Anadan olub | 7 oktyabr 1925 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 5 iyun 1992 (67 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Həyat yoldaşı | Əhməd Həmidov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Nuxa İkiillik Müəllimlər İnstitutu (–1945) |
Mükafatları |
Nəhayət Əhmədova (1925–1992) — tanınmış yerli radio diktoru və pedaqoq. Uzun müddət Nuxa/Şəki radiosunun diktoru vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
7 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1945-ci ildə Nuxa İkiillik Müəllimlər İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1942-ci ildə Nuxa şəhər pionerlər evində dərnək rəhbəri kimi əmək fəaliyyətinə başlayıb.
1945 – 1983-cü illərdə 5 və 10 saylı məktəblərdə azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1962 – 1983-cü illərdə Nuxa/Şəki radiosunun diktoru olub.
İctimai fəaliyyəti
1949-cu ildə Moskva şəhərində keçirilmiş ÜLKGİ–nin XI qurultayında Azərbaycan SSR nümayəndə heyətinin üzvü olaraq iştirak edib.
Təltif və mükafatları
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı;
- “Əmək veteranı” medalı.
Vəfatı
5 iyun 1992-ci il tarixdə – 67 yaşında, vəfat edib.
13 Kateqoriya:
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1925-ci ildə doğulanlar
- 7 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 5 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)