Murad Abdulhəmidov
Murad Abdulhəmidov | |
---|---|
Abdulhəmidov Murad Ramil oğlu | |
Murad Abdulhəmidov | |
Anadan olub | 8 yanvar 2005 |
Anadan olduğu yer | Şəki, Azərbaycan |
Murad Abdulhəmidov — Akademik Zərifə Əliyeva adına liseyin 2021-ci il məzunu; 2021-ci ildə SAT (Scholastic Aptitude Test) imtahanının nəticəsinə görə bir sıra inkişaf etmiş ölkələrin dövlət universitetlərində təhsil almaq üçün seçim imkanı qazanıb.
Haqqında məlumatlar
8 yanvar 2005-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
2011 – 2016-cı illərdə Bakı şəhər 247 saylı tam orta məktəbində,
2016 – 2020-ci illərdə Bakı Hümanitar Kollecində,
2020 – 2021-ci illərdə Akademik Zərifə Əliyeva adına liseydə təhsil alıb.
2021-ci ildə SAT (Scholastic Aptitude Test) imtahanında yüksək nəticə – 1470 bal toplayaraq, ABŞ, Belçika, Niderland, Çexiya, Polşa, Finlandiya, Latviya, Litva, Estoniya və Türkiyə kimi ölkələrin dövlət universitetlərindən birində təhsil almaq üçün seçim imkanı əldə edib.
Digər
2020-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi onlayn “Fibonacci” intellektual oyununda təhsil aldığı Akademik Zərifə Əliyeva adına liseydə liseyin “Tesla” komandasının tərkibində iştirak edib və bu turnirdə “Tesla” komandası 1-ci yeri tutub.
Ailəsi
- Atası: Ramil Abdulhəmidov, Şəkidə anadan olub, 2009-cu ildən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanında müvəffəqiyyət qazanmışdır.