Aydın Qaffarov
Aydın Qaffarov | |
---|---|
Qaffarov Aydın Qaffar oğlu | |
Aydın Qaffarov, 2021-ci il. | |
Anadan olub | 16 iyun 1954 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan, SSRİ |
İxtisası | işaaat mühəndisi |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1972–1977) |
Aydin Qaffarov — tanınmış inşaat mühəndisi, vaxtilə, bir sıra respublika və ittifaq əhəmiyyətli tikintilərdə məsul vəzifələr tutub; 2011-ci ildən əmək təqaüdünə çıxıb.
Haqqında məlumatlar
16 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1962 – 1972-ci illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbdə,
1972 – 1977-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1977-ci ildə təyinatla Azərbaycan SSR Sənaye-Tikinti Nazirliyinin Mingəçevir şəhərindəki 6 №-li İxtsaslaşdırılmış Mexanızasiya İdarəsinə göndərilib.
1977 – 1993-cü illərdə, müxtəlif vaxtlarda, Mingəçevir İstilik Elektrik Stansiyasının (QRES), Kirovabad/Gəncə Avtomobil zavodunun, Yevlax Yun zavodunun, Səki İpək kombinatının boyaq-bəzək istehsalatının, 2-ci Kür-Bakı su kəmərinin tikintisi kimi nəhəng tikinti sahələrind iç icraçısı, sahə rəisi, baş mühəndis vəzifələrində çalışıb.
1993-cü ildə Şəki 87 №-li Təmir-Tikinti idarəsinə rəis təyin olunub.
2011 ci ildə Şəki rayonunda inşa olunan Məcburi Qaçqınlar Qəsəbəsinin tikintisində sahə rəisi vəzifəsində çalışıb.
2011-ci ildən şərtlətə əmək pensiyaçısıdır.
Ailəsi
4 övladı var.