Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Əbdülqaffar

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Dövlət xadimi | adı = Əbdülqaffar | orijinal adı = | şəkil = | şəklin izahı...' ilə yarat) tərəfindən edilmiş 23:41, 21 aprel 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əbdülqaffar
Şəki hökmdarı ?
- 1447/1448 — + 1468/1469

Əbdülqaffarın adı tarixi mənbələrdə ilk dəfə 1447/1448-ci (Hicri 851) ilin hadisələri barədə bəhsdə - Əbubəkr Tehraninin Kitabi “Diyarbəkriyyə”sində çəkilmişdir; bu mənbədə o, “Əbdülqaffar Şəkki” adı ilə təqdim edilir və qeyd olunur ki Amid(tr) şəhəri ətrafında ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdə ikincilərin tərəfində vuruşmuş, atdan salınmış və son nəhayətdə Mahmud bəy Ağqoyunlunun oğlu Lələ Hüseyn bəy tərəfindən əsir götürülmüşdür[1].

Tarixi mənbələrdə adı növbəti və sonuncu dəfə isə Teymuri Əbu Səidin 1468 – 1469-cu illərin qışında Ağqoyunlular üzərinə hücumu ilə əlaqədar hadisələrin bəhsində xatırlanır. Qeyd olunur ki,

Şablon:Sitar2.

“Kitabi-Diyarbəkriyyə”də 1468/1469-cu ildə (Hicri 873) Ağqoyunluların 7 min süvari ilə Şəkini ələ keçirmələri qeyd olunsa da[2], həmin vaxt Şəkidə kimin hakimiyyətdə olması barədə məlumat verilmir.

“Kitabi-Diyarbəkriyyə”nin 1998-ci il Bakı nəşrində əlavə olaraq izahat verilib ki,

Şablon:Sitar2.

İstinadlar

  1. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə, səh.112-115, Bakı, 1998.
  2. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə, səh.289, Bakı, 1998.