Əbdülhəmid Rəcəbzadə
Əbdülhəmid Rəcəbzadə | |
---|---|
Əbdülhəmid Rəcəbzadə, 1980 | |
Anadan olub | 1915 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1995 |
Vəfat etdiyi yer | Bakı |
Vətəndaşlıq | SSRİ |
Təhsili | N.Nərimanov adına Tibb İnstitutu (1933 – 1938) |
Əbdülhəmid Rəcəbzadə (Rəcəbzadə Əbdülhəmid Yunus oğlu; d. Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 29 dekabr 1996-cı il, Bakı, Azərbaycan Respublikası) – azərbaycanlı həkim, Azərbaycan SSR-nin əməkdar həkimi.
1938 – 1939-cu illərdə Nuxa Tibb Texnikumunun direktoru vəzifəsində işlədikdən sonra hərbi xidmətə keçmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, 1973-cü ilə qədər hərbçi-həkim kimi fəaliyyət göstərmiş, 1973-ci ildə ordudan istefa olunduqdan sonra isə Bakı Şəhər Şəhiyyə Şöbəsinin birinci şöbəsində çalışmış, 1979 – 1990-illərdə həmin şöbənin rəisi olmuşdur.
Haqqında məlumatlar
1915-ci ildə Nuxa şəhərində anadan olub.
İlk təhsilini Zaqatalada alıb.
1932-ci ildə Bakıda Sənaye Texnikumuna daxil olsa da, xəstəliyi səbəbindən təhsilini yarımcıq buraxaraq Nuxaya qayıdıb və Nuxa radio qovşağında diktor kimi əmək fəaliyyətinə başlayıb.
1933 – 1938-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakultəsində təhsil alıb.
1938 – 1939 illərdə Nuxa rayonundakı Orconikidze qəsəbəsində həkim,
1939 – 1940 illərdə Nuxa Tibb Texnikumunun direktoru vəzifəzində işləyib.
1940-ci ildə hərbi xidmətə keçib, Böyük Vətən müharibəsində iştirak edib, 3 orden və 15 medalla təltif olunub.
1945-ci ildə Tbilisidə – Zaqafqaziya Hərbi Dairəsində həkim,
1950 – 1956-cı illərdə Bakı Ali Zabitlər məktəbində həkim,
1956 – 1973-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin hərbi hissəsində hissə komandirinın tibb üzrə müavini vəzifəsində çalışıb.
1962-ci ildə Azərbaycan SSR-in Əməkdar Həkimi fəxri adına layiq görülüb.
1973-ci ildə ordudan istefa olunduqdan sonra Bakı şəhər səhiyyə şöbəsində birinci şöbə rəisinin müavini, 1979 – 1990-illərdə isə həmin şöbənin rəisi vəzifəsində çalışıb.
1995-ci ildə Bakıda vəfat edib.