Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Abid Şərifov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '{{Dövlət xadimi | azərbaycan dilində adı = Abid Şərifov | adın originalı = Abid Qoca oğlu Şərifov | portret = Abid Ş...' ilə yarat) tərəfindən edilmiş 16:16, 14 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Abid Şərifov
Abid Şərifov
bayraqAzərbaycan Respublikasının
Baş nazirinin müavini
bayraq
20 iyul 1995[1] — 21 aprel 2018
Şəxsi məlumatlar
Doğum tarixi 6 yanvar 1940 (1940-01-06) (84 yaş)
Doğum yeri Nuxa (Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Təltifləri "Oktyabr İnqilabı" ordeni "Şərəf Nişanı" ordeni “Şöhrət” ordeni (Azərbaycan)

Şərifov Abid Qoca oğluAzərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995-2018).

Həyatı

Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə[2] Şəkidə anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləmişdir.

20 iyul 1995-cü il tarixindən 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Evlidir, 2 övladı var.

Mükafatları

  • "Şərəf nişanı" ordeni (1976)
  • "Oktyabr inqilabı" ordeni (1980)
  • "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı
  • "Fəxri nəqliyyat inşaatçısı" fəxri adı
  • "Şöhrət" ordeni (2014)
  • Flag of Japan.svg Geniş lentli Gündoğar Ordeni – 2016[3]

Mənbə

Vikianbarda Abid Şərifov ilə əlaqəli mediafayllar var.

İstinadlar