Sabir Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:59, 8 mart 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sabir Əfəndiyev
Əfəndiyev Sabir Məmmədtahir oğlu
Sabir Əfəndiyev
Sabir Əfəndiyev.
Doğum tarixi 10 mart 1933(1933-03-10)
Doğum yeri İlisu, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi + 2015
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (1950–1955)

Sabir Əfəndiyev — (1933–+2015) filologiya elmləri namizədi, jurnalis, publisist, nasir.

Haqqında məlumatlar

10 mart 1933-cü il tarixdə Qax rayonunun İlisu kəndində anadan olub.

Təhsili

İlisu kənd orta məktəbini bitirib.

1950 – 1955-ci illərdə Azərbaycan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1955 – 1957-cu illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında ədəbi işçi,

1955 – 1957-cu illərdə şöbə müdiri,

1959 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Komitəsinin Şəki radio verilişləri redaksiyasının baş redaktoru,

1963 – 1969-cu illərdə Şəki şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,

1969 – 1972-ci illərdə Azərbaycan SSR Televiziya və Radio verilişləri Komitəsinin xüsusi müxbiri,

1972 – 1980-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazasının elmi katibi,

1980-cı ildən Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda Sovet dövrü etnoqrafiya şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.

Ədəbiyyat

  1. Görkəmli şəxsiyyətlər : Sabir Əfəndiyev : [arx. 08.03.2022] // Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. — 2015. — 23 fevral. — Müraciət tarixi: 08.03.2022.