İvan Parfyonov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:56, 3 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İvan İvanoviç Parfyonov
Иван Иванович Парфёнов
Doğum tarixi 1778(1778-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi (22 aprel) 4 may 1816 (38 yaşında)
Vətəndaşlıq Rusiya İmperiyası
Hərbi fəaliyyəti
Xidmət illəri 1794–1816
Rütbə polkovnik
Hərbi hissə 17-ci yeger alayı
Vəzifəsi polk komandiri
Təltifləri III dərəcəli Müqəddəs Anna ordeni

İvan İvanoviç Parfyonov (1778–1816) — Rusiya İmperator Ordusunun zabiti, polkovnik, 17-ci yeger alayının komandiri.

Haqqında məlumatlar

1778-ci ildə anadan olub.

Hərbçi fəaliyyəti

16 yaşında Kuban Yeger korpusunun 4-cü batalyonunda kapral kimi hərbi xidmətə başlayıb.

1797-ci ildə 18-ci Yeger polkunun unter-zabit heyətinə daxil edilib.

1796-cı ildən hərbi əməliyyatlarda iştirak edib.

1803-cü ilin sonunda Gəncənin mühasirəsi zamanı rota komandiri idi.

1806-ci ilin ortalarında Nuxa qalasının 20 verstiyində (təxm. 21 km) yerləşən rus hərbi düşərgəsindəki 285 nəfərlik və iki toplu komandiri idi. Şəki xanı Səlim xan onu öz yanına çağıraraq Şəki xanlığı ilə Rusiya İmperiyası arasında bağılanmış 1805-ci il Kürəkçay sazişinin qüvvədən düşdüyünü bildirmiş və dərhal Şəki xanlığı ərazisindəki rus qoşununun Şəki xanlığı ərazisindən çıxarılmasını tələb etmişdir. Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edilir. Bu hadisə barədə Parfyonovun 24 iyun (Yuli təqvimi ilə: 12 iyun) tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 23 iyun tarixdə Səlim xanın yanına dəvət edildiyini, başçılıq etdiyi dəstənin isə 1 gün sonra – 24 iyun tarixində, Şəki xanlığı ərazisini tərk etdiyini güman etmək olar. Rus hərb tarixçiləri bu hadisəni Cənubi Qafqazda qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq kimi qiymətləndiriblər.

Bir müddət Gəncə qalasının komendantı olub.

Hərbi rütbələri

1799-cu ildə podporuçik, sonra Bambak ekspedisiyası zamanı podpruçik,

1805-ci ildə mayor,

1807-ci ildə isə podpolkovnik rütbəsi alıb.

Təltif və mükafatları

Vəfatı

4 may (22 aprel) 1816-cı il tarixdə – 38 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Бобровский Павел Осипович. История 13-го Лейб-Гренадерского Эриванского Его Величества полка за 250 лет. Часть третья. C. 168-169 .
  2. Дубровин Н. Ф. История войны и владычества русских на Кавказе // История войны и владычества русских на Кавказе. — : Тип. Департамента уделов, 1887. — Т. V. — С. 56-60.