Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
24 iyun
Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq, Şəki şəhər 19 №-li orta məktəbin direktoru Fərrux İsmayılov (1913–1971) 24 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), yoxsul ailədə anadan olub. Daha əvvəl Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində də çalışmışdır.
Şəkil: Fərrux İsmayılov.
24 iyun
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Kitabxana Kollektorunun direktoru, keçmiş telejurnalist Ələddin Əsədov 24 iyun 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1980 – 1990-cı illərdə AzTV-də işləmiş, həmçinin, bir neçə filmin prodüseri olmuşdur.
Şəkil: Ələddin Əsədov, 1990-cı il.
24 iyun
Tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü Eldar Zülfüqarzadə (1938–2022) 24 iyun 2019-cu il tarixdə – 82 yaşında, ABŞ-da vəfat edib. O, 1989-cu ildə SSRİ Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır. 1993-cü ildən ABŞ-da yaşayırdı və 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) əmək və elmi fəaliyyətlə məşğul olmuşdur.
Şəkil: Eldar Zülfüqarzadə.
24 iyun
Görkəmli Azərbaycan alimi və mətbuat tədqiqatçısı, Azərbaycan SSR əməkdar jurnalisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov (1924–2019) 24 iyun 2019-cu il tarixdə – 94 yaşında, Bakıda vəfat edib.
Xülasə sayı:4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)