Əbdüləli bəy Əmircanov

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:38, 14 may 2020 tarixli dəyişiklik

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri, əvvəl Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Parlamentinin üzvü olub.

Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası,
Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 15 may 1948 (78 yaşında)

Haqqında məlumatlar

1870-ci ildə Nuxada anadan olub.

1888-ci ildə Tiflisdə Pedaqoji Universiteti bitirib.

Nuxa və Lənkəranda müəllim işləyib.

Nəşri-Maarif Təhsil Cəmiyyətinin Təhsil Şurasının üzvü idi və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Təşkilatına rəhbərlik etmişdir[1].

Siyasi fəaliyyəti

28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkənin siyasi həyatında fəal iştirak edib.

17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci kabineti toplandıqda maliyyə naziri təyin edilib və 1918-ci ilin 7 dekabrınadək həmin vəzifədə çalışıb.

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Əmircanov Behbudxan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib[2].

Azərbaycan parlamentinə müstəqil millət vəkili idi və maliyyə-büdcə və siyahıyaalma komissiyalarının üzvü olub[3].

Digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün “Dəyanət” şirkətini təsis edib[1][4].

28 aprel 1920-ci ildə Azərbaycan bolşeviklər ələ keçirdikdən sonra Türkiyəyə köçüb[1][5].

1948-ci ildə İstanbulda vəfad edib.

References

  1. 1,0 1,1 1,2 "Biography bank. Əbdüləli bəy Əmircanov". 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  2. Alkhan Bayramoglu (2011-05-29). "Cümhuriyyət hökuməti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yüksək qiymətləndirirdi" [The Republic appreciated the liberation campaign of the Caucasian Army of Islam]. AzPress. 2011-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  3. "Məhəmməd Əmin Rəsulzadə" [Mammad Amin Rasulzade]. 2011-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  4. "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA" [Azerbaijan Democratic Republic - First Parliamentary Republic in the East]. İstifadə tarixi: 2011-11-08.
  5. Nigar Afandiyeva Maxwell (Autumn 1999). "The Fate of some of the ADR Parliament Members". 7 (3). Azerbaijan International. səh. 22. İstifadə tarixi: 2011-11-08.