Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əbdüləli bəy Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:48, 14 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası,
Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 15 may 1948 (78 yaşında)

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri, əvvəl Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Parlamentinin üzvü olub.

Haqqında məlumatlar

1870-ci ildə Nuxada anadan olub.

1888-ci ildə Tiflisdə Pedaqoji Universiteti bitirib.

Nuxa və Lənkəranda müəllim işləyib.

Nəşri-Maarif Təhsil Cəmiyyətinin Təhsil Şurasının üzvü idi və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Təşkilatına rəhbərlik etmişdir.

Siyasi fəaliyyəti

28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkənin siyasi həyatında fəal iştirak edib.

17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci kabineti toplandıqda maliyyə naziri təyin edilib və 1918-ci ilin 7 dekabrınadək həmin vəzifədə çalışıb.

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Əmircanov Behbudxan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

Azərbaycan parlamentinə müstəqil millət vəkili idi və maliyyə-büdcə və siyahıyaalma komissiyalarının üzvü olub.

Digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün “Dəyanət” şirkətini təsis edib.

28 aprel 1920-ci ildə Azərbaycan bolşeviklər ələ keçirdikdən sonra Türkiyəyə köçüb.

1948-ci ildə İstanbulda vəfad edib.

Şablon:Yaxşı məqalə