Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov | |||||||
---|---|---|---|---|---|---|---|
Əbdüləli bəy Əmircanov | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Məmmədhəsən Hacınski | ||||||
Doğum tarixi | 1870 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 15 may 1948 (78 yaşında) |
Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d. 1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, əvvəl Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Haqqında məlumatlar
1870-ci ildə Nuxada anadan olub.
1888-ci ildə Tiflisdə Pedaqoji Universiteti bitirib.
Nuxa və Lənkəranda müəllim işləyib.
Nəşri-Maarif Təhsil Cəmiyyətinin Təhsil Şurasının üzvü idi və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Təşkilatına rəhbərlik etmişdir.
Siyasi fəaliyyəti
28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkənin siyasi həyatında fəal iştirak edib.
17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci kabineti toplandıqda maliyyə naziri təyin edilib və 1918-ci ilin 7 dekabrınadək həmin vəzifədə çalışıb.
1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbudxan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.
Azərbaycan parlamentinə müstəqil millət vəkili idi və maliyyə-büdcə və siyahıyaalma komissiyalarının üzvü olub.
Digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün “Dəyanət” şirkətini təsis edib.
28 aprel 1920-ci ildə Azərbaycan bolşeviklər ələ keçirdikdən sonra Türkiyəyə köçüb.
1948-ci ildə İstanbulda vəfat edib.