Əbdüləli bəy Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 15 may 1948 (78 yaşında)

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Haqqında məlumatlar

1870-ci ildə Nuxada anadan olub.

1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində oxuyub.

1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

1888-ci ildə Nuxaya qayıtmış və şəhər məktəbində müəllim işləmişdir.

XIX əsrin axırlarında Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir. Lənkəranda da ailə həyatı qurmuşdur.

XX əsrin əvvəllərində Bakıya köçmüş, rus-Azərbaycan məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmış, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak etmişdir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral - burjua inqilabından sonra siyasi hadisələrə qoşulub. 1918-ci ilin 31 Mart hadisələrində daşnak-bolşevik qətliamının qarşısını almağa çalışan ziyalılardan biri, 1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Parlamentdə bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1920-ci ilin Aprelin 27-də Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra Türkiyəyə - İstanbula gedib.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

1948-ci ildə İstanbulda vəfat edib.

İstifadə edilmiş mənbə

Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018. Şablon:Yaxşı məqalə