Əliyar Əmircanov
Əliyar bəy Əmircanov | |
---|---|
Əmircanov Əliyar bəy Hacı bəy oğlu | |
Əliyar bəy Əmircanov | |
Əliyar bəy Əmircanov | |
Anadan olub | 17 may 1897 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | ? |
Vəfat etdiyi yer | ? |
Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d. 17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. ? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi və sovet dövründə repressiyaya məruz qalıb.
Haqqında məlumatlar
1897-ci ildə Nuxada anadan olub.
1915-ci ildə 1-ci Bakı kişi realnı məktəbini bitirib.
1915-ci ildə müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olub.
1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıdıb.
Azərbaycan Respublikası Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini dövlət hesabına davam etdirmək üçün yenidən Rusiyaya göndərilib.
1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Məqsudi Arsala məktubunda bir Cümhuriyyət tələbəsi Əliyar Əmircanovdan söz açıb (bu və Əliyar Əmircanov barədə ətraflı məlumat Bakıda nəşr olunan “Çapar” dərgisinin 10-cu sayında gedib).
Azərbaycanın Cümhuriyyət dövrü tələbələri mövzusunun araşdırmaçısı professor Ədalət Tahirzadə müəyyənləşdirmişdir ki, Əliyar Əmircanov sovet dövründə repressiyaya məruz qalıb. Şablon:Yaxşı məqalə