Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əkrəm Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
185.81.81.15 (Müzakirə) tərəfindən edilmiş 23:09, 16 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə

28 fevral 1967-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərində anadan olmuş, hal-hazırda Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 33 ünvanında yaşayan Məmmədov Aydın Salis oğlu tərəfindən

XÜSUSİ İTTİHAM QAYDASINDA ŞİKAYƏT

Mən uzun illərdir ki media sahəsində fəaliyyət göstərirəm. “İpəkçi” qəzetinin redaktoru olmuşam. 2018-ci ildən sonra yalnız bu qəzetin saytını yeniləyirəm. Artıq bu qərara gəlmişəm ki gələn ildən saytın da başını buraxım. Çünki Azərbaycanda yalnız dövlətə və oliqarxlara məxsus medianın yaşamaq hüququ var. Həm də “İpəkçi” qəzetinin saytı ilə yanaşı 2019-cu ildən internetdə mənim “Şəki Ensiklopediyası” adlı saytım da fəaliyyət göstərir. Mənim maddi imkanım yalnız bir sayt saxlamağa imkan verir və mən “Şəki Ensiklopediyası” üzərində dayanmışam. Çünki hesab edirəm ki, bu Azərbaycan dilində ciddi bir informasiya bazasıdır və Azərbaycana lazım olan vacib saytlardan biridir. Bildiyiniz kimi guya Azərbaycanda dövlət media vasitələrinə dəstək göstərməlidir, lakin əslində heç bir dəstək göstərmir. Dəstək olsaydı media məhv olardımı? KİV-nin inkişafına dəstək fondunun ilk icraçı direktoru Vüqar Səfərli indi korrupsiya maddəsi ilə həbsdə yatır. Onun yerinə təyin edilmiş Əhməd İsmayılov da Vüqar Səfərlinin dəsti-xəttini eyni qaydada davam etdirir. Əhməd İsmayılovun icraçı direktor olduğu Medianın İnkişafı Agentliyi medianın inkişafına dəstək göstərməli olduğu halda, əslində qeyri-qanuni yollarla, çirkli pullarla maliyyələşən media vasitələrinə maliyyə yardımı ayırmaqla məşğuldur, vəssalam.

Mən ötən ilin dekabrında ona sorğu göndərmişəm ki, “Sizin müsabiqəyə buraxılan saytların müsabiqədə iştirak edənədək maliyyə mənbəyi nə, yaxud kim olub? Bir sayt üçün ayda təxminən 2000 manat civarında pulu kim ödəyib və hansı məqsədlə ödəyib? Əgər həmin saytın qanuni, yaxud qeyri-qanunu sponsoru varsa, leqal pul olsun, çirkli pul olsun, dövlət niyə həmin sayta yardım etməlidir?”. Bu sualıma cavab gəlməyib hələ.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim, baxmadılar. Şikayətimi qanuna zidd olaraq Medianın inkişafı Agentliyinə göndərdilər. Baş prokurorun qəbulunda olmuşam. Söz verdi araşdıracaq, 4 ay keçib, heç bir cavab yoxdur. Prezidentə, vitse-prezidentə 10 məktub yazmışam. Cavab yoxdur. Ombudsmana çox sayda müraciət etmişəm. Sayaqlama cavablar yazırlar. Ombudsmanın qəbuluna düşmək üçün müraciət etmişəm dəfələrlə. Nə hə deyib. nə yox?! Milli Məclisə şikayət etdim ki, ombudsman məni qəbul etmir, şikayətlərimə baxmır. Nəticə olmadı. Birinci dəfə sayaqlama cavab göndərdilər. İkinci dəfə isə heç cavab verən də olmadı. Prezidentə və vitse-prezidentə ombudsmanın hərəkətindən 7-8 dəfə şikayət etmişəm, vitse-prezident aparatında qəbulda olmuşam, heç bir nəticə olmayıb. Heç cavab da verməyiblər.

Əgər Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin korrupsiya ilə məşğul olaraq cinayət faktı törədirsə, Baş Prokurorluq, Milli Məclis, Ombudsman aparatı və digər qurumlar Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin korrupsiya ilə məşğul olaraq törətdiyi cinayəti ört-basdır etməklə hərəkətsizliyə yol verərək cinayət törətmiş olurlar.

XAHİŞ EDİRƏM

Aşağıda adları çəkilən hüquqi şəxslər haqqında onların korrupsiya əməli törətdiklərinə, yaxud hərəkətsizlik edərək bu cinayəti ört-basdır etməyə çalışdıqlarına görə Azərbaycan Respublikası Cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barələrində ittiham hökmü çıxarılsın:

1.) Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (Bakı, Zahid Xəlilov küçəsi 36, (+99412) 526-16-16)).

2) Azərbaycan Respublikasının Baş Prokurorluğu (Bakı, Nigar Rəfibəyli küç. 7 (+994 12) 361 01 41)).

3) Azərbaycan Respublikası milli Məclisi (Bakı, Parlament prospekti, 1. (+99412) 498-97-48)).

4) Azəbərbaycan Respublikası İnsan hüquqları Üzrə müvəkkilinin aparatı (Bakı, Üzeyir Hacıbəyli 80, Hökumət evi. (+99412) 493 74 22)).

Yazışma sənədləri məhkəmənin hazırlıq iclasında şəxsən təqdim edə bilərəm.

Hörmətlə, Aydın Salis oğlu Məmmədov.