İzzət Nəbiyev
İzzət Nəbiyev | |
---|---|
İzzət Əhməd oğlu Nəbiyev | |
Doğum tarixi | 26 yanvar 1924 |
Doğum yeri | Azərbaycan Respublikası, Şəki rayonu |
Vəfat tarixi | 1993 | [[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda vəfat edənlər]]
Vətəndaşlıq | Azərbaycan |
Elm sahəsi | avtomatika |
İş yeri | Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri (1970-1991) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Sənaye Universiteti |
Mükafatları | “Lenin” ordeni 1949, SSRİ Dövlət mükafatı laureatı 1969, Azərbaycanın əməkdar elm və texnika xadimi 1981 |
Nəbiyev İzzət Əhməd oğlu - texnika elmləri doktoru, professor.
Həyatı
İzzət Nəbiyev 26 yanvar 1924-cü ildə Şəki rayonunda anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin - İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır.
75 elmlər namizədinin elmi rəhbəri olmuşdur.
Elmi-təşkilatı fəaliyyəti
- Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/
Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
Təltif və mükafatlar
- 1949-cu ildə müəllimlik fəaliyyətinə görə SSRİ-nin ən yüksək mükafatı — “Lenin” ordeni ilə təltif olunmuşdur.
- 1969-cu ildə professor İ.Nəbiyev bir qrup həmkarı ilə birlikdə "Avtomatlaşdırma sistemlərinin və texniki vasitələr kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində tətbiqinə görə" SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
- 1981-ci ildə Azərbaycanın əməkdar elm və texnika xadimi adına layiq görülmüşdür.
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi Avtomatika, telemexanika kafedrasında və yaşadığı binanın divarında görkəmli heykəltəraş Ömər Eldarovun müəllifi olduğu xatirə lövhələri vurulmuşdur.
- Bakıda küçələrdən birinə İzzət Nəbiyevin adı verilmişdir.
Pedaqoji fəaliyyəti
1949-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika İnstitutunun aspiranturasında ilk elmi fəaliyyətə başlayır. Dissertasiya işini uğurla bitirdikdən sonra texnika elmləri namizədi kimi Bakıya qayıdır və yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması, respublikanın neft sənayesinin avtomatlaşdırılması ilə məşğul olur. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin-istehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoyur və onun ilk dekanı olur. 1970-ci ildə Avtomatika, telemexanika və elektronika kafedrasına müdir seçilir və 1991-ci ilə qədər həmin kafedraya rəhbərlik edir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
Elmi əsərləri
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:300-dən artıq
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 50 (monoqrafiya və dərsliklərin sayı - 11).
Əsas elmi əsərləri
- “Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər”
- “Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri”
- “Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri” kimi monoqrafiyaları və neçə-neçə elmi məqalələri Moskvada dərc olunmuşdur.
- Respublikada birinci olaraq Azərbaycan dilində “Telemexanika” dərsliyinin müəllifidir.
İstinadlar
Mənbə
- Ənvər Mete. O torpağın övladları. – Bakı, – “Nurlan”, 2006, s. 274 - 275
- http://www.anl.az/down/meqale/respublika/respublika_noyabr2008/63281.htm
- http://www.respublica-news.az/index.php/elm-v-t-hsil/item/873-zhoerkaemli-alim-pedagog