Ədalət Tahirzadə
Ədalət Tahirzadə — müəllim, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor.
Haqqında məlumatlar
23 may 1951-ci ildə Qutqaşen rayonunun (indiki Qəbələ rayonu) Xırxatala kəndində anadan olub.
1958 – 1966-cı illərdə Xırxatala kənd səkkizillik məktəbində,
1966 – 1968-ci illərdə Qutqaşen rayonunun Zarağan kənd orta məktəbində oxuyub.
1968 – 1969-cu illərdə Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib.
1969 – 1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb
1974 – 1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində,
1977 cü ilin sentyabr ayından – təyinat müddəti bitdikdən sonra, 1978-ci ilin dekabr ayınadək Qutqaşen rayonunun Kiçik Pirəlli kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1977 – 1981-ci illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasında təhsil alıb (əvvəl qiyabi, 1978-ci ilin dekabrından isə əyani).
1981 – 1986-cı illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində işləyib.
1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1985 – 1987-ci illərdə Azərbaycan SSR EA-nın “Elm” qəzetinin redaktoru,
1987 – 1988-ci illərdə Azərbaycan SSR EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi, baş elmi işçi,
1989 – 1991-ci illərdə “Azadlıq” qəzetinin redaktor müavini olub.
1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlıq” qəzetinin redaksiyasına qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir,
1992 – 1993-cü illərdə Azərbaycan Respublikası xalq təhsili (ali və orta ixtisas təhsili; təhsil) nazirinin müavini işləyib[1][2] Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (Bakı Avrasiya Universiteti) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent vəzifəsində çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur.
2015-ci ildə yarım ilə yaxın Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib.
2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
1998 – 2000-ci illərdə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin (1938-2000) özəl mətbuat katibi olub.
1996 – 1999-cu illərdə “Ay-Ulduz” nəşriyyatının direktoru,
1997 – 1999-cu illərdə “Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999),
2000-ci ildə elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru olub.
2012-ci ildən “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur..
22 kitabın, 470-dən artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.
Hacı İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndizadə, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə... kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə şıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib.
“Uşaq ensiklopediyası”nda (III cild, Bakı: “Azərbaycan Ensiklopediyası”, 1999) 16, “Diplomatiya: ensiklopedik lüğət”də (Bakı: “Diplomatiya”, 2005) 35 məqaləsi dərc edilib.
1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş bir çox Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918 – 1920) üzvlərini, Cümhuriyyətin xarıcə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.
Ailəsi
Evlidir. 2 oğlu və 1 qızı var.
- Tarixi öyrənənlərə kömək. (Nailə Tahirzadə ilə birgə). Bakı, "Səda" nəşriyyatı, 1995; "Ay-Ulduz" nəşriyyatı, 1997; "Kür" nəşriyyatı, 2000, 176 səh. (Başqa nəşrləri də var).
- Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı, "Sabah" nəşriyyatı, 1996, 354 səh.
- Meydan: 4 il 4 ay. Bakı, "Ay-Ulduz" nəşriyyatı, 1997, I cild, 488 səh.; II cild, 416 səh.
- Elçi Bəy. Bakı, "Cümhuriyyət" qəzetinin nəşri, 1999, 354 səh.
- Elçibəylə 13 saat üz-üzə. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı, «Tanıtım» qəzetinin nəşri, 1999, 220 səh.
- İsgəndər Rzazadə - Azərbaycanın ilk energetiki. Bakı: “Kür”, 2000, 36 səh.
- Искендер Риза-заде – первый энергетик Азербайджана. Баку, изд-во "Kür", 2000, 64 səh.
- Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: “Kür”, 2001, 28 səh.
- Prezident Elçibəy. Bakı: “Yeni Müsavat” qəzetinin nəşri, 2001, 420 səh.
- Əbülfəz Elçibəy: "Mən qurtuluşçuyam!". Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı: "Elçibəy kitabxanası" nəşriyyatı, 2002, 40 səh.
- Nadir şah Əfşar. Bakı: “Kür”, 2002, 40 səh.
- Ağaməhəmməd şah Qacar. Bakı: “Kür”, 2002, 44 səh.
- Salman Mümtaz. Bakı: “Kür”, 2002, 16 səh.
- “Kitabi-Dədə Qorqud”un faciəsi. Bakı: “Kür”, 2002, 32 səh.
- Qurtuluş və bütövlük yolu. Bakı, 2003, 376 səh.
- Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master”, 2005, 376 səh. (HTML1, HTML2)
- Türkiyəmizdə 10 gün. Bakı: “Ləman”, 2011, 176 səh.
- Unutdurulmuş azman - Əliabbas Qədimov (Həbibulla Manaflı ilə həmmüəllif). Bakı: "Apostrof", 2012, 204 səh.
- Aşurovlar. Soyun sənədli tarixi. Bakı, "İndiqo", 2014, 288 səh.
- Ашуровы. Документальная история рода. Баку, "İndiqo", 2015, 288 səh.
- Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış. Bəlgələr. Yaşamlar). (Oğuztoğrul Tahirli ilə birgə). Bakı, "TEAS Press", 2016, 1222 səh.
- Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı.
- Ədalət Tahirzadə, Sultanla görüşmüş Rövşən bəy Əfəndizadə kimdir?.
İstinadlar
- ↑ "Ə. Ş. Tahirzadə haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 1992-ci il tarixli, 124 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
- ↑ "Ə. Ş. Tahirzadə haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1993-cü il tarixli, 33 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)